Nida Təhlil
Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında saziş qarşıda yeni imkanlar açır
Xəbər verdiyimiz kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasının (COP29) 3-cü günündə Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb.
Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov Publika.az-a açıqlama verib.
Onun sözlərinə görə, bu sazişin imzalanması əslində əməkdaşlıq imkanlarının genişlənməsi anlamına gəlir:
“Azərbaycan, eləcə də Mərkəzi Asiya ölkələri, xüsusən Özbəkistan və Qazaxıstan “yaşıl enerji” sahəsində əməkdaşlığı daha da gücləndirib. Bu çərçivədə bir tərəfdən də yaşlı enerjiyə daha çox sərmayənin cəlb edilməsinə, digər tərəfdən isə bu sahədə ixrac və imkanların genişlənməsinə şərait yaranacaq. Eyni zamanda enerji infrastrukturunun inteqrasiyası da həyata keçirilməkdədir. Bununla da məhz istehsal edilən enejinin digər ölkələrə ixrac və ya nəql edilməsinə şərait yaranacaq.

Vacib məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan 2026-cı ildən sonra Avropaya yaşıl enerji ixrac etmək niyyətindədir. Əslində bu mövzuda kifayət qədər potensial Mərkəzi Asiya ölkələrində də var. Ona görə də bu əməkdaşlıq həm də növbəti dövrdə regionun yaşıl enerjisinin Avropaya və ya digər bazarlara çıxarılmasına imkan yarada bilər.
Bu bir tərəfdən də hər üç ölkədə yaşıl enerjinin, yaşıl iqtisadiyyatın genişlənməsinə, yaşıl enerjidə enerji istehsalının payının artmasına və bütövlükdə ölkələr arasında enerji əməkdaşlığının genişlənməsinə gətirib çıxaracaq".
Roza Şəfiyeva
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO



































