Nida Təhlil
Bakı ilə Ankara arasında “soyuqluq” var? - DETALLAR
Türkiyənin COP29-da iştirak üçün Azərbaycana gəlmək istəyən İsrail prezidenti İsaak Hersoqa hava məkanından keçməyə imkan verməməsi Bakı-Ankara arasında müəyyən problemlərin yarandığı fikrini ön plana çıxarıb. İki məqam bu fikri daha da gücləndirdi:
1. Azərbaycan mediasında İsrail prezidentinin gəlişinə Türkiyənin imkan verməməsi haqda yayılan informasiyalar;
2. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “Biz artıq Türkiyə olaraq, bəzi şeylərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və bunu edəcəyik” açıqlaması;
Hərçənd, Bakı-Ankara xəttində soyuqluğun görünən, yaxud təqdim edilən səviyyədə olduğu ehtimalı azdır. Ərdoğanın COP29 tədbirinə qatılması və ən yüksək səviyyədə görüşlərin keçirilməsi də bunun əyani nümunəsi idi. İsrail prezidenti ətrafında baş verənlərə isə fərqli kontekstdə baxmaq mümkündür.
İsaak Hersoq Bakıya alternativ marşrut üzərindən də uça bilərdi. Bunu etmək əvəzinə, “təhlükəsizlik probleminin olması” əsasını irəli sürdü. Bu iddia COP29-un keçirildiyi Azərbaycanın təhlükəsizlik imici üçün ciddi zərbə ola bilərdi və bu vəziyyətdə gerçəyin – Türkiyənin imkan verməməsi faktının açıqlaması çıxış yolu olaraq seçildi. Belə bir məlumat ilk baxışda Türkiyəyə qarşı görünə bilər, lakin gerçəkdə Ankaranın “əlinə oynadığı” amili da diqqətdən qaçmamalıdır.
Qəzza müharibəsindən sonra Fələstin məsələsi Türkiyə daxili siyasətində əsas faktorlardan birinə çevrilib, xüsusilə İsraillə iqtisadi əlaqələr müxalifət tərəfindən dini elektoratın AKP-dən uzaqlaşdırılması cəhdlərində istifadə edilir. Ərdoğanın Fələstin məsələsi üzərində xüsusilə fokuslanmasının səbəblərindən biri də budur. Və İsrail prezidenti üçün hava məkanını bağlamaqla mövqeyini bir daha ortaya qoydu. İstisna deyil ki, İsrail tərəfindən “təhlükəsizlik amili” haqda verilən açıqlamadan sonra Bakı və Ankara gerçək səbəbin açıqlanması üzərində razılaşıb. Beləliklə:
- Rəsmi Bakı ölkədə “təhlükəsizlik problemi”nin olmadığını isbat etdi;
- Rəsmi Ankara – Ərdoğan Fələstin məsələsində “dəyişməyən mövqeyini” nümayiş etdirdi;
Bu məqam diplomatik manevr kimi görünür və hadisələrin inkişafında daha da aydınlaşacaq. Bütün bunların fonunda Azərbaycan-Türkiyə münasibətlərinin “pisləşməsi” CHP-nin Bakıda müsbət qarşılanmasının “fakt” kimi irəli sürülməsi zəif bənddir. Çünki dəyişən Bakı-Ankara münasibətlərindən daha çox, CHP-nin mövqeyi və Türkiyə daxili siyasətində hakim qüvvələrə qarşı loyallaşmasıdır. Dəyişən CHP-nin Bakıda müsbət qarşılanması təəcüblü görünməməlidir.
Asif Nərimanlı
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
































