Nida Təhlil
Makron Minsk Qrupunun qatili oldu - Kuznetsov
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı sözləri ilə Fransa prezidenti Emmanuel Makron ATƏT Minsk qrupunun tabutuna son mismarı vurdu və onun Qarabağ tənzimlənməsi prosesinə hər hansı bir formatda qayıtması perspektivi üzərindən xətt çəkdi.
Publika.az xəbər verir ki, bunu Trend-ə rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.
Onun sözlərinə görə, bu anadək Fransanın ermənipərəst mövqeyi müzakirə mövzusu idisə, indi artıq bu, real siyasət formatına yüksəlib: "Bundan sonra heç bir skeptik bunun belə olmadığına inana bilməz. Fransa xarici siyasətinin həqiqi üzü birmənalı şəkildə dünya ictimaiyyətinə nümayiş olundu. Fransa artıq bundan sonra ATƏT Minsk qrupunun həmsədri olmaq hüququna malik deyil və təşkilat bu strukturu buraxmalıdır. Məhz prezident Makron ATƏT Mİnsk qrupunun qatili kimi tarixə daxil olacaq".
Politoloq bildirib ki, E.Makronun bəyanatı Ermənistandakı ermənilərə, Nikol Paşinyana deyil, Fransadakı ermənilərə hesablanıb: "Orada gələn il prezident seçkiləri keçiriləcək və cənab Makron daha bir prezidentlik müddətində ölkəni idarə etmək istəyir. Bu məsələdə ona bir milyon Fransa ermənisinin səsləri və erməni diasporunun pulları lazım olacaq. Makron Cənubi Qafqazdakı oyununu artıq uduzub, indi o, erməni kartını daxili siyasi məsələlərdə oynamağa çalışır. Bu isə onu göstərir ki, Ermənistanın özü onu çox da maraqlandırmır".
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq