Ermənistanın sərhədlə bağlı yeni oyunu - hədəf nədir?
Bizi izləyin

Nida Təhlil

Ermənistanın sərhədlə bağlı yeni oyunu - hədəf nədir?

Ermənistan Müdafiə Nazirliyi Basarkeçər (Vardenis) istiqamətindəki dövlət sərhədində Azərbaycan və Ermənistan hərbçiləri arasında “münaqişənin” baş verdiyi məlumatını yayıb. “Dünən hərbçilər arasında münaqişə yaşandı və həll edildi”, məlumatda deyilir.

Ermənistanın bu rəsmi iddiasının üç hədəfi var:

1. Müraciət etdiyi KTMT-yə sərhəd prosesində artıq “münaqişələrin” yaşandığını göstərmək istəyir;

2. KTMT nizamnaməsinin 2-ci bəndinə (dövlətə hücum təhlükəsi) uyğun ünvanlandığı müraciəti 4-cü bənd (dövlətə hücum) kateqoriyasına keçirmək niyyətindədir;

3. “Dövlətə hücum” kateqoriyasına keçmək üçün sərhəddə münaqişəyə ehtiyac var. Ermənistan tərəfi təxribat hücumu ilə belə zəmin yarada bilər. İstisna deyil ki, “münaqişənin yaşandığı” iddiası mümkün təxribatları “Azərbaycan tərəfinin hücumuna cavab” kimi təqdim etmək məqsədi daşıyır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm