Nida Təhlil
Azərbaycan tolerant körpü rolunu oynayır - Deputat
“Bu gün dünyanın əhalisinə görə ən böyük ölkəsi olan Çin Xalq Respublikasının Sədrinin Azərbaycan Prezidenti ilə telefonla danışması, elə həmin gün Avropa İttifaqı Şurası Prezidentinin ölkə rəhbərimizlə danışması onu göstərir ki, Azərbaycan ərazicə və əhalicə kiçik dövlət ola bilər, amma söz sahibi olan bir ölkədir. Azərbaycan dünyanın elə bir ərazisində yerləşir ki, Şərqlə Qərbi əlaqələndirə bilən bir gücdədir. Həm ərazi baxımından belədir, həm də iqtisadi potensialına görə. Bu gün doğrudan da Avropanın Azərbaycanın həm neftinə, həm də qazına ehtiyacı var”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili, professor Anar İsgəndərov deyib. Deputat bildirib ki, bunu danmaq, inkar etmək olmaz. Eyni zamanda, Qərblə Şərq arasında vaxtı ilə mövcud olmuş Böyük İpək Yolunun işlək vəziyyətə gətirilməsi üçün Azərbaycan bir körpüdür:
“Azərbaycan həm də ədalətli, tolerant körpü rolunu oynayır. Azərbaycan min illər boyu bu tarixi təcrübəni bütün dünyaya bəyan edib. Bəyan edib ki, onun dünyanın heç bir ölkəsinin torpağında gözü yoxdur. Eyni zamanda, heç zaman öz torpağını düşmən işğalı altında saxlamaz və saxlamadı. 44 günlük müharibədən sonra həmin torpaqları düşmən işğalından azad etdi. Bu mənada dövlət başçısının apardığı siyasət Azərbaycan xalqının maraqlarını təmin edən siyasətdir. Bu istiqamətdə bizim işlərimiz davam edir”.
Millət vəkili söyləyib ki, bu gün Azərbaycan böyük güc mərkəzidir:
“44 günlük müharibəyə qədər Azərbaycanın dünyadan istəyi o idi ki, beynəlxalq aləm haqqı müdafiə etsin. Dünya haqq üçün çalışsın. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün dünyanın ən nüfuzlu təşkilatlarına bu mənada müraciət edirdi. Amma çox təəssüflər olsun ki, nə böyük dövlətlər, nə də nüfuzlu təşkilatlar Azərbaycanın bu haqq səsini eşitdilər. Bu zaman rəsmi Bakı hüququn gücündən deyil, gücün hüququndan istifadə etmək qərarına gəldi. Öz gücü hesabına ərazi bütövlüyünü təmin etdi. Onun üçrəngli bayrağı öz tarixi torpaqlarında dalğalanmağa başladı”.
Anar İsgəndərov əlavə edib ki, 44 günlük müharibədən sonra bütün dünya Azərbaycanı və onun dövlət başçısını daha yaxından tanıdı:
“44 günlük müharibə dövründə dünyanın nüfuzlu təşkilatlarının, böyük dövlətlərin Azərbaycanın dövlət başçısına yönələn təzyiqləri, təhdidləri heç bir nəticə vermədi. Müstəntiq rolunu oynayan kütləvi informasiya vasitələri ürəyindən keçən bütün sualları verdi. Amma onlara verilən cavablar o qədər güclü, tutarlı dəlillər əsasında idi ki, həmin jurnalistlər də susdular. Məhz bundan sonra həmin dövlətlər, bəlli nüfuzlu təşkilatlar Azərbaycanı tanıdılar”.
Tural Turan
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir