Nida Təhlil
Seçim günü gəldi: ermənilər qutudan nə çıxaracaq? - TƏHLİL
Ermənistanda “sükut günü” qarşılıqlı ittihamlarla keçdi: müxalifət və hakimiyyət bir-birini təbliğat qaydalarını pozmaqda, saxta bülletenlərin hazırlanmasında ittiham edir.
Bu, seçki günü və sonrakı mənzərənin başlanğıcıdır:
- Qutudan nə çıxmasından asılı olmayaraq, tərəflərdən biri nəticəni tanımayacaq;
- Seçki məntəqələri bağlanandan sonra İrəvan küçələrində etirazlar və qarışıqlıq qaçılmazdır;
Qutudan çıxa biləcək iki ssenari var:
Birinci: Paşinyanın hökuməti təkbaşına formalaşdıracaq səs faizi;
İkinci: Parlament müxalifəti (Çiçəklənən Ermənistan, İşıqlı Ermənistan partiyaları) ilə koalisiya hökuməti qurmaq;
Hakimiyyət hədəfinin 50+ faiz olduğunu açıq şəkildə bəyan edib və təkbaşına hökumətin formalaşdırılması Paşinyana müharibədən sonra itirdiklərini və rəqiblərini “əzə bilmək” gücünü qazanmağa imkan verir. Hərçənd, indiki situasiyada təkbaşına hökumət formalaşdırmaq Nikol üçün taxtını saxlamağa da risklər yarada bilər, bu baxımdan, ikinci ssenari daha çox mümkün görünür.
1. Qutudan təkbaşına hökumət quracaq qədər səs çıxararsa, küçə iğtişaşlarının qarşısını almaq çətin olacaq;
2. Parlament müxalifəti ilə koalisiyaya getmək Rusiyanın da istəyinə uyğundur: Moskva 2018-ci ildə Qərbin gəlişinin qarşısını ala bilməyəndə “Çiçəklənən Ermənistan”ın ana müxalifət olduğu parlamentlə razılaşdı, indi yenə eyni qüvvələrlə Paşinyan hakimiyyətinin seçkidən sonra anti-Rusiya siyasətinə qarşı müdafiə xətti yarada bilər; üçtərəfli razılaşmaların icrası və sərhədlə bağlı yeni müqavilənin imzalanması üçün ruslara Paşinyan lazımdır, amma təkbaşına güc olaraq yox;
3. Koalisiya hökuməti Paşinyana seçkidən sonra sərhəd müqaviləsi və Qarabağ məsələsində atacağı addımlarda məsuliyyəti təkbaşına üzərinə götürməmək, gələn təzyiqləri bölmək üçün sərf edə bilər;
Nikol Paşinyanın növbədənkənar parlament seçkilərini təyin etməmişdən öncə Qaqik Çarukyan (Çiçəklənən Ermənistan) və Edmon Marukyanla (İşıqlı Ermənistan) görüşməsi, onlardan baş nazir postuna namizəd irəli sürməyəcəklərinə dair vəd aldıqdan sonra 20 iyunu seçki günü elan etməsi də bu partiyalar arasında koalisiya hökuməti ilə bağlı gizli razılaşmanın olduğu fikrini gücləndirir.
Paşinyanın əlini gücləndirən amillər də seçkidə həlledici rol oynaya bilər:
- İnzibati resurslar hakimiyyətin əlindədir;
- Qərbin mövcud hakimiyyətə dəstəyi seçkiyə müdaxilə ilə bağlı mümkün təzyiqləri zəiflədir;
- Müxalifət vahid deyil və bu, seçkidən sonra etirazların miqyasına da təsir edə bilər: son rəy sorğularına görə, üçüncü yerdə olan Serj Sarkisyanın “Şərəfim var” bloku Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunu seçki məntəqələrinə öncədən bülleten gətirməkdə ittiham edir; 4 siyasi blok, 22 partiyanın seçkidə ayrılıqda iştirakı müxalifətin səsini parçalayır və seçkinin nəticələrinə etiraz üçün birləşəcəyi imkanlarını azaldır;
Əsas sual: Koçaryan nə olacaq?
1. Koçaryanın təkbaşına hökuməti formalaşdıracaq səs toplaması çətindir. Təkcə ona görə yox ki, bu qədər elektoratı yoxdur, həm də Paşinyan inzibati resurslarla buna imkan verməyəcək.
2. Koçaryanın digər müxalifət partiyaları və siyasi bloklarla da münasibətləri isti deyil: bu, onun digər partiyalarla birləşib koalisiya hökuməti formalaşdırmaq imkanını da azaldır;
3. Koçaryanın missiyası var: parlamentə düşmək və müxalif cameədə əsas qüvvə olmaq (bu, ana müxalifət demək deyil): Rusiya Robertdən davamlı təzyiq rıçağı olaraq istifadə edəcək;
Artıq ermənilər üçün “böyük seçimə” saatlar qalıb və hər kəs bir fikirdə ortaqdır: gün maraqlı olacaq...
Asif Nərimanlı
-
Sosial11:50
Həlak olan pilotumuzun adına bu ölkədə təqaüd veriləcək
-
Qoroskop11:20
2025-ci ildə bu bürclər pulu özünə maqnit kimi çəkəcək
-
Sosial10:20
On bir milyonda bir - Təyyarə qorxusu ilə necə mübarizə aparmalı?
-
Yaxın Şərq09:40
PKK İsrail vasitəsilə ABŞ-la danışıq aparır: Türkiyəyə qarşı plan
-
Dünya08:00
Daha bir təyyarə son anda xilas oldu - 73 nəfər ÖLÜMDƏN DÖNDÜ
-
Qoroskop07:30
İlan ilində başımıza nələr gələcək? - Astroloq açıqladı/VİDEO
-
Magazin105:15
“Onlar sənəti aşağı salırlar” - VİDEO
-
MDB02:42
Lukaşenko 30 ildir ki, bu ətirdən istifadə edir - Qiyməti isə...