Nida Təhlil
Soçi masasında Qarabağ da olacaqmı? - AÇIQLAMA
Soçi masasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında bir sıra məsələlərin müzakirə olunacağı vurğulanır.
Bizi düşündürən isə Qarabağ məsələsinin müzakirəsidir. Rəsmi Ankara və Moskva Bakının narahatlıqları ilə bağlı nə düşünür? Ümumiyyətlə, Qarabağ məsələsi müzakirə gündəliyində varmı?
Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə Publika.az-a açıqlamasında bildirib ki, liderlərin görüşünün əsas məqsədi Türkiyə ilə Rusiya arasında mövcud olan müəyyən fikir ayrılıqlarının müzakirəsidir:
"Eyni zamanda fərqli mövqeləri ortaq məxrəcə gətirməkdir. Rusiya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Soçi görüşündə əsas mövzu Suriya olacaq. Daha doğrusu, Suriyanın İdlib bölgəsindəki problemlərin həllinə həsr olunacaq. Təbii ki, hər zaman olduğu kimi, Türkiyə Prezidenti Ərdoğan Qafqazdakı vəziyyəti də rusiyalı həmkarı ilə müzakirə edəcək. Mən bunu gözləyirəm. Eləcə də bölgədəki sülh və sabitlik istiqamətindəki məsələlər də əsas müzakirə mövzularından olacaq. Ümidvaram ki, Soçi görüşündən sonra bu iki ölkə mövcud olan gərginlikləri aradan qaldıra biləcək".
Tural Turan
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi