İran bunu nəzərə almalıdır - Ceyhun Məmmədov
Bizi izləyin

Nida Təhlil

İran bunu nəzərə almalıdır - Ceyhun Məmmədov

Prezident İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində İranla münasibətlərlə bağlı jurnalistin ünvanladığı sualı cavablandırdı və qeyd etdi ki, İran Azərbaycana münasibətdə böyük hörmətsizlik nümayiş etdirib, Azərbaycan tərəfinin diplomatik etika qaydalarına uyğun təmkinli davranışı müqabilində isterik addımlar atıb, İrandan rəsmi şəxslər, dindarlar yersiz bəyanatlar verib, müxtəlif hədələr səsləndiriblər. Bütün bunlar İran-Ermənistan yaxın əlaqələrini göstərir. İranın bu addımı həm dövlətimiz, həm də cəmiyyət tərəfindən ciddi etirazla qarşılanır.

Bunu Publika.az-a millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, İran nə beynəlxalq hüquq normalarına, nə də qonşuluq münasibətlərinə əməl edir: “Bu ölkə çox hörmətsizcəsinə ard-arda Azərbaycana qarşı əsassız formada müəyyən bəyanatlar verir. Bizim konkret mövqeyimiz var və bu da ondan ibarətdir ki, dəlil varsa, həmin dəlili təqdim etsinlər. Dəlil təqdim olunmur, ancaq Azərbaycan ittiham olunur, guya ölkəmizdə İran əleyhinə şəbəkə var. Biz dəfələrlə mövqeyimizi bildirmişik və yenidən qeyd edirik ki, İranın bu etdikləri normal qonşuluq münasibətlərinə və beynəlxalq hüquqa ziddir, qəbuledilməzdir. İran rəsmiləri açıqlamalarında, verdikləri bəyanatlarda bu prinsipləri gözləməlidirlər.

Azərbaycan müstəqil, güclü dövlətdir. Bu gün Azərbaycan öz prinsipial mövqeyini qoruyur və yenə də qorumağa davam edəcək. İran da bunu nəzərə almalıdır. Bilməlidirlər ki, bu cür əsassız bəyanatlarla onlar heç nəyə nail ola bilməyəcəklər. Onlar iki ölkə arasında olan münasibətlərə yalnız xələl gətirəcəklər. Bu prosesdə uduzan da İran tərəfi olacaq. Çünki Azərbaycan tərəfi öz mövqeyində haqlıdır. Biz istərdik ki, İran bu kimi məsələləri nəzərə alsın və həyata keçirdiyi siyasətdə diqqətli olsun. Bu kimi məsuliyyətsiz və qarşı tərəfə hörmətsiz yanaşmanı özündə əks etdirən bəyanatlara son qoysunlar”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm