Bu, sosial layihələrin sayını artıracaq - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu, sosial layihələrin sayını artıracaq - Deputat

"Dünya iqtisadiyyatında baş verən bütün tendensiyalar hər bir ölkənin milli iqtisadiyyatına öz təsirini göstərir, o cümlədən Azərbaycan iqtisadiyyatı da bu təsirlərdən kənarda qalmır. Son dövrlər dünya bazarında mavi qazın qiymətində qeydə alınan qiymət artımı istər-istəməz ölkəmizdə də qazın istehsal xərclərini artırmış olur. Aydın məsələdir ki, istənilən məhsulun qiymətində artım qeydə alınırsa, deməli həmin məhsulun maya dəyəri və istehsal xərclərinin artması burada əsas faktordur. Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatının tərkib hissəsidir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Millət vəkili bildirib ki, enerji daşıyıcılarının qiymətlərinin yenidən tənzimlənməsi dünya bazarında enerji daşıyıcılarının bahalaşması səbəbindən irəli gəlir:

"Təbii ki, qiymətlər tənzimlənərkən əhali qrupu nəzərə alınıb və baş verən qiymət dəyişikliyi insanlarımızın ailə büdcəsinə elə də ciddi təsir etməyəck. Belə ki, Tarif Şurası qiymət dəyişikliyi edərkən enerji sərfiyyatının diferensiallaşdırılmış qaydada qiymətləndirilməsinə üstünlük verib. Bütün bunlarla yanaşı, dünya ölkələrində qaz və elektrik enerjisinin qiymətlərini müqayisə etdikə məlum olur ki, ölkəmizdə qiymətlər daha ucuzdur. Qiymətlərdə edilən dəyişikliklər ölkə iqtisadiyyatının daha da güclənməsinə səbəb olacaq və istehsalçıların dövlət büdcəsindən asılılığını aradan qaldıracaq. Onu da nəzərə alaq ki, belə olan halda ixrac edilən istər təbii qaz, istərsə də elektrik enerjisindən gələn gəlirin həcmi artmış olacaq. Bu da öz növbəsində əhalinin, xüsusilə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılmasına öz müsbət təsirini göstərəcək, dövlətin bu istiqamətdə həyata keçirdiyi sosial layihələrin sayının artmasına gətirib çıxaracaq".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm