Nida Təhlil
Azərbaycan və Türkiyəyə qarşı bunu edə bilərlər - Ağardan XƏBƏRDARLIQ
“18 Oktyabr 1991-ci il təkcə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası günü deyildi, həm də sovetlər birliyinin burada çöküşü, süqutu idi. Müstəqilliyin yenidən bərpası zülmlərlə, 20 yanvarlarla, Azərbaycan ərazilərinin işğalları ilə müşayiət olunan bir keşməkeşli, əzablı, çiləli tarixi yürüyüşdür. Müstəqilliyini yenidən bərpa etməklə Azərbaycan zülmlərdən, işğallardan qurtulmaq üçün yeni bir mərhələyə qədəm qoydu. Arzumuz odur ki, Azərbaycanın müstəqilliyi, özgürlüyü heç zaman bitməsin. Sonsuzluğa kimi davam eləsin”.
Bunu Publika.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib. Ekspert bildirib ki, ilk növbədə bir millət iki dövlət olaraq Azərbaycan və Türkiyənin hazırkı birliyini qoruyub daha da inkişaf etdirmək kimi bir missiyamız var:
“Azərbaycanın müstəqilliyinin yenidən bərpasının 30-cu ildönümü mübarək olsun. Son 30 il ərzində Azərbaycan çox məşəqqətli yollardan keçərək bugünkü günə gəlib çıxdı. Müstəqilliyini möhkəmləndirdi, iqtisdadiyyatını inkişaf etdirdi. İkinci Qarabağ savaşındakı qələbəsilə bu müstəqilliyin başına tac qoydu. 44 günlük Vətən Müharibəsində Azərbaycan və Türkiyənin işbirliyi bilinən və bilinməyən tərəflərilə hər kəs tərəfindən təqdir olunur. Eyni zamanda, həmin dövrdəki iki qardaş ölkənin birgə fəaliyyəti müxtəlif müstəvilərdə daim müzakirə edilir. Azərbaycan və Türkiyənin birliyindən doğan bu zəfər, qələbə gücünü digər müstəvilərə də daşımalıyıq. Hərbi, mədəni, elmi, ictimai sferalara da bu güc yansımalıdır”.
Abdulla Ağarın fikrincə, eyni zamanda, bu qələbə əhval-ruhiyyəsilə fəaliyyətimizə davam etməliyik:
“Belə bir iradə varsa, onu daha da möhkəmləndirməliyik. Bu, elə də asan bir mərhələ deyil. Son dərəcə çətin, amma mütləq gerçəkləşdirməli olduğumuz bir mərhələdir. Azərbaycan və Türkiyənin bu istiqamətlərdə ortaya qoyduğu möhkəm iradə, səmimiyyət və ideal hədəflər var. Bunları qazanılan qələbə daha da formalaşdırdı və irəliyə daşıdı. İndi bu strateji müttəfiqliyinin bünövrəsi möhkəmləndirilməlidir. Strateji müttəfiqliyimizin sistemli şəkildə inkişafı üçün işlər görməliyik. Zaman-zaman bizi gözü götürməyən daxili və xarici qüvvələr öz çirkin oyunlarını oynamağa çalışacaqlar. Bakı və Ankara bütün bunlara qarşı ayıq olmalıdırlar. Qardaş ölkəyik, biz bunları etmək məcburiyyətindəyik, çünki qardaşlığımız bizim taleyimizdir. Türkiyə və Azərbaycanın işbirliyinin fitnə-fəsaddan, qara qüvvələrdən qorunması üçün əlimizdən nə gəlirsə etməliyik. Çünki yüz illər əvvəl böyük səhvlər etdik və əsrlər boyu bunun acısını çəkdik. Türkiyə və Azərbaycanın müttəfiqliyi neçə-neçə uğurların, zəfərlərin bünövrəsidir. Bu birlik bir çox ölkələri də özünə çəkə biləcək bir gücdədir. Ona görə də bu birliyi sona qədər qorumalıyıq”.
Tural Turan
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi