Prezidentin bu səfərləri onu göstərir ki... - Asim Mollazadə
Bizi izləyin

Nida Təhlil

Prezidentin bu səfərləri onu göstərir ki... - Asim Mollazadə

Noyabrın 1-də ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı, İsmayıllı rayonlarına səfər etdilər. Orada bir sıra yenidənqurma işləri ilə tanış oldular. Yeni müəssisələrin açılışına qatıldılar.

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Publika.az-a açıqlamasında söyləyib ki, ölkə başçısının Qarabağdakı yenidənqurma işləri ilə yanaşı, digər rayonlardakı quruculuq işlərini də şəxsən diqqətdə saxlaması çox mühüm bir hadisədir:

“Prezidentin Şamaxı və İsmayıllı səfəri onu göstərir ki, Azərbaycanın dövlət başçısı bütün bölgələrin inkişafı ilə bağlı həyata keçirilən layihələri nəzarətdə saxlayır. Mən əminəm ki, Böyük qayıdışla bağlı innovativ yeniliklərlə zəngin olan layihələr gələcəkdə Azərbaycanın bütün bölgələrində həyata keçiriləcək. Azərbaycanda həm ətraf mühit, həm kommunikasiya, həm də infrastruktur layihələri sürətlə həyata keçirilir. Eyni zamanda turizm üçün nəzərdə tutulan layihələr gerçəkləşdirilir. Bütün bunlar bir müddət sonra Azərbaycanın bütün bölgələrinin inkişafını təmin edəcək. Regionda açılan hər yeni müəssisə gələcəkdə əyalətlərdə yaşayan vətəndaşlarımızın yeni iş yerləri ilə təmin olunması deməkdir. Bölgələrdə yeni texnoloji üsulların tətbiqi olduqca ürəkaçandır. Bütün bunlarla yanaşı, regionda mütəxəssis hazırlığı, peşə hazırlığı istiqamətində də mühüm işlər aparılır. Bunun özü də çox mühüm bir haldır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm