Nida Təhlil
"Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır" - Fransanın İLK SƏFİRİ
“Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır“.
Publika.az xəbər verir ki, bunu Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perən bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qələbəsinin möhkəmləndirilməsi mərhələsi uğurla davam edir: “Otuz ildən sonra Azərbaycan Qarabağ problemini həll etməyə nail olub. Halbuki ATƏT-in Minsk qrupu buna nail ola bilməmişdi. Baxmayaraq ki, çoxlu sayda qətnaməyə səs vermişdik. Azərbaycan Prezidenti İlham Əliyev əməliyyatları uğurla başa çatdırmağa nail olub və artıq bir ildir münaqişə həll olunub. Bu gün Azərbaycan qələbəsinin möhkəmləndirilməsi dövrünü yaşayır. Bu gün Azərbaycan sülhün bərpa olunması dövrünə qədəm qoyub".
J.Perən deyib ki, bu mərhələdə Azərbaycanın qarşısında həll olunmalı bir sıra vacib məsələlər durur: "Bunlardan biri Qarabağda yaşayan ermənilərin vətəndaşlığı məsələsidir. Azərbaycanın bu məsələlərdə mövqeyi gün kimi aydındır. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Lakin bu məsələyə ermənilər etirazlarını bildirirlər və bundan sonra da müqavimət göstərməkdə davam edəcəklər. Xüsusilə bu məsələ ATƏT-in Minsk qrupu səviyyəsində müzakirələrə çıxarılacaq və ermənilər həmsədrlərə təsir göstərməyə çalışacaqlar. Ermənilər daha çox Fransaya təsir göstərməkdə davam edəcəklər. Lakin mən bu məsələdə də Azərbaycanın uğur qazanacağına inanıram"./Report
-
İdman06:16
“Beşiktaş” “Makkabi”ni Bakıda qəbul edəcək?
-
Magazin103:35
“Sosial media məni iki dəfə ərə verib” - Sevinc Əliyeva
-
Dünya01:20
Nazir dəmiryol vağzalındakı hadisəyə görə istefa verdi
-
Qoroskop00:40
Günün qoroskopu: gözlənilməz hadisələr baş verəcək
-
Elm və təhsil00:25
Müəllimlərə xüsusi kartlar verilir: güzəştlər ediləcək
-
Nida Xəbər 4 Noyabr 23:05
Pezeşkian COP29-da iştirak etmək üçün Azərbaycana gələcək
-
İdman4 Noyabr 21:49
Premyer Liqa klubu Konor Makqreqoru ələ saldı - FOTO
-
Magazin14 Noyabr 20:50
Dilarə: "O klipi Bakıda çəksək, biabırçılıq olardı" - VİDEO