Kremlin bu prosesdə fəallığı göz önündədir - Politoloq
Bizi izləyin

Nida Təhlil

Kremlin bu prosesdə fəallığı göz önündədir - Politoloq

“Hazırda Rusiya ilə münasibətlərimiz strateji tərəfdaşlıq formatında durmadan inkişaf edir. Görünən odur ki, Rusiya bu regionda əsas oyunçu rolunu oynayan bir ölkədir. Xüsusilə münaqişə zamanı Moskva çox aktiv şəkildə iştirak edib. Təbii ki, Kremlin post-müharibə dövründəki danışıqlar prosesində fəallığı da göz önündədir”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan-Rusiya münasibətlərinin hazırkı inkişaf səviyyəsindən danışarkən politoloq Fikrət Sadıqov deyib. Politoloqun sözlərinə görə, Bakı və Moskva arasındakı münasibətlər xüsusi xarakteri olan əlaqələrdir:

“Rusiya ilə Azərbaycan arasındakı münasibətlər xüsuilə bir sıra istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə inkişaf etməkdədir. Bunu bir sıra misallarla da təsdiq etmək olar. Məsələn, Soçi görüşü öncəsi Rusiya-Azərbaycan Ekspertlər Şurasının növbəti iclası baş tutdu. Hazırda Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər sferalarını əhatə edən 7 yol xəritəsi icra olunur. Rusiyanın bir sıra ekspertləri ölkəmizə təşrif buyurdu. Bundan başqa, Rusiya prezidentinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Bakıya gəlmişdi. Onun Bakıda keçirdiyi görüşlərdə Azərbaycan-Rusiya münasibətləri çox yüksək qiymətləndirilmişdi. Bütün bunlar onu göstərir ki, iki ölkə arasındakı münasibətlərin bundan sonrakı inkişafında əsas rol oynayacaq məsələ post-müharibə dövründən sonra münaqişənin həlli yollarıdır. Bu istiqamətdə olan həll yolları ilə bağlı axtarışlardır. Hazırda biz də elə bunun şahidiyik”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm