Nida Təhlil
Rusiya sülh sazişinə qarşı İrəvana “desant çıxarır”
Yeni müharibə Ermənistan üçün daha pis nəticələrlə sonlanacaq.
Prezident İlham Əliyevin müharibədən sonra zaman-zaman səsləndirdiyi bu fikirlər Ermənistanda günlərdir davam edən aksiyalar fonunda aktuallaşır.
Erməni müxalifət - keçmiş klan hakimiyyətinin rəhbərləri olan Robert Koçaryan və Serj Sarkisyanın dəstəsi İrəvan küçələrində Paşinyan hakimiyyətinə qarşı “Qarabağ aksiyası” keçirir. Proses Nikol Paşinyanın “Qarabağın statusu” ilə bağlı yeni reallığı dilə gətirməsi, yəni bunun artıq mümkünsüz olduğunu dolayısı ilə etiraf etməsi, Azərbaycanın şərtləri çərçivəsində sülh sazişinin qaçılmaz olduğu reallığını izah etməsindən sonra başlandı. Oturaq aksiyaya başlayan müxalifət Paşinyanı istefa verməyə çağırır və Azərbaycan torpaqlarına qarşı iddialar irəli sürür. Misal üçün, iştirakçılar “meydandan Şuşaya, Hadruta gedək” çağırışları edirlər. Bu, yeni müharibə çağırışından başqa bir şey deyil və Ermənistan üçün sonun başlanğıcı ola bilər.
İrəvanda baş verənlər göstərir ki, müxalifət və hakimiyyət öz rıçaqlarını işə salıb.
Müxalifət Paşinyanı “öz silahı” ilə vurmağa çalışır. 2018-ci ildə Nikol məhz İrəvanda yürüşlər keçirməklə küçələri bloklayırdı, eyni taktikanı indi ona qarşı istifadə edirlər və “Fransa meydanı”nın seçilməsi də eyni ssenarinin tətbiqinə hesablanıb.
Hakimiyyət bütün inzibati resurslardan aksiyaya qarşı istifadə edir: polisin sərt müdaxiləsi, kütləvi həbslər və demokratik dəyərlərə zidd olan müxtəlif addımlar;
Prosesdə müxalifətin əli zəif görünür:
Birincisi, etiraz sosial yox, Qarabağ məsələsindən qaynaqlanır və sosial problemlərə görə keçmiş hakimiyyəti devirən ermənilərin əksəriyyəti indiki aksiyalara neytral qalmağa üstünlük verir;
İkincisi, müxalifətin tələbləri və açıqlamalarından yeni müharibə qoxusu gəlir: son parlament seçkilərində Paşinyanın seçilməsi ermənilərin böyük hissəsinin yenidən müharibənin olmasını istəmədiyini, ən azı indi bundan çəkindiyini göstərir;
Hakimiyyətin əli daha güclü görünür, xüsusilə Qərb dairələrinin Paşinyanın aksiyaya qarşı sərt müdaxilə siyasətinə göz yumması fonunda. Və bu görməzdən gəlmək yanaşması davam edəcək.
Lakin proseslərin region üçün riskli tərəfləri də aydın görünür. Çünki Paşinyanın devrilməsi, Sarkisyan-Koçaryan cütlüyünün yenidən hakimiyyətə yiyələnməsi deməkdir və bu, bölgədə əldə olunan sülh razılaşmalarını təhlükəyə atır. Eyni zamanda, bu prosesdə Paşinyan hakimiyyətini qorusa belə, hazırda baş verənlər də regiondakı sülhə qarşıdır.
Azərbaycan və Ermənistan liderləri Brüsseldə sülh sazişinin hazırlanması istiqamətində razılıq əldə etdi və ondan sonra ikitərəfli təmasların qurulması prosesdə irəliləyişin olduğuna ümidlər yaradır. Bu vəziyyətdən narahat olan əsas tərəf Rusiyadır. Moskvanın məqsədi bölgədə vasitəçilik üzərindən hakim mövqeyini qorumaq və əlavə vasitəçilərin prosesə qoşulmasının qarşısını almaqdır. Bu baxımdan, Brüssel masasında əldə olunan sülh razılaşmasının praktiki mərhələdə tətbiqini istəmirlər və İrəvanda keçirilən aksiya ssenarinin Moskvanın mətbəxində hazırlandığını ehtimalını ön plana çıxarır.
1. Birincisi, aksiyanın təşkilatçılarının Moskva ilə bağlantılarıdır;
2. Etirazların başlama motivi və tələblərdir: müxalifət Azərbaycanla sülh sazişinin imzalanmasına etiraz edir və bu, Moskva üçün Brüssel razılaşmasının dondurulması baxımından sərfəlidir;
Görünür, Rusiya müxalifət üzərindən Paşinyana təzyiq etmək və onu Brüssel razılaşmasının tətbiqindən çəkindirmək niyyətindədir. Belə demək mümkünsə, Moskva sülh sazişinə qarşı İrəvana “desant çıxarır”.
Və bu vəziyyət bölgədə yeni müharibəni alovlandıra bilər. Çünki Bakı sülh sazişi təklifini ömürlük masada saxlamaq fikrində deyil və konkret addımların atılmasını tələb edir. İrəvandakı proseslərin inkişafı Paşinyanın devrilməsi və Koçaryan-Sarkisyan cütlüyünün iqtidarı zəbt etməsi ilə nəticələnsə, 3-cü Qarabağ müharibəsi qaçılmaz olacaq. Bu isə Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan üçün daha pis nəticələrə gətirib çıxacaq. Hətta sonun başlanğıcı ola biləcək nəticələrə...
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO