Nida Təhlil
Cənubi Qafqaz və Finlandiya-İsveç: iki cəbhə arasında gizli “barter?”

Türkiyənin Finlandiya və İsveçə “yaşıl işıq” yandırması Rusiya ilə münasibətlər fonunda xüsusilə diqqət çəkir və belə görünür ki, Ankara Moskvanı “satdı”.
Hərçənd, Lavrovun son Ankara səfəri və Rusiya-Türkiyə xəttində baş verənlər fonunda suallar yaranır:
- Ankara: Suriya əməliyyatını Moskva ilə razılaşdırır;
- Moskva: Ukrayna müharibəsində Ankaranın neytrallığı və vasitəçiliyindən yararlanır;
Bu iki ana maddəyə paralel olaraq daha iki məsələ vardı:
1. Finlandiya-İsveçin NATO üzvlüyü: Türkiyənin şərtləri vardı, lakin prosesin uzanması ruslara da sərf edirdi;
2. Cənubi Qafqazda Ankara-Moskva ikilisinin yenidən birgə fəaliyyəti, Aİ üzərindən Qərbin vasitəçiliyinin arxa plana keçməsi;
Lavrovun Ankara-İrəvan-Tehran-Bakı xətti üzrə səfər turnesi, ardınca verilən açıqlamalar Moskva-Ankara ikilisinin Cənubi Qafqazda birgə fəaliyyət üzərindən razılığa gəldiyi, yaxud ən azı bu perspektivin önə çıxdığı ehtimalını artırır: Brüssel masasında Zəngəzur dəhlizinin “yol məntiqi” ilə açılmasına şifahi razılaşan Əliyevin yenidən “dəhliz məntiqi”ni önə sürməsi də bu fikri gücləndirir;
O zaman sual yaranır: Cənubi Qafqazda ruslarla anlaşan Ankara Finlandiya-İsveç məsələsində amerikalılarla niyə razılaşdı?!
Burada mümkün ehtimal belə görünür: Cənubi Qafqaz və Finlandiya-İsveç məsələsi “barter” edilir; ABŞ Cənubi Qafqazı rusların “təsir zonası” olaraq tanıyır, Rusiya NATO-nun genişlənməsinə razılaşır (Putinin bu iki ölkənin NATO-ya üzvlüyünün Rusiya üçün ciddi risklər daşımadığı barədə bəyanatı da baş verənlər fonunda yada düşür);
- Türkiyə Suriyada planlaşdırdığı əməliyyatını Rusiya ilə yanaşı, ABŞ-la da razılaşdırır;
- Cənubi Qafqazda yenidən əsas tərəfə çevrilir və bu, Bakı-Ankara ikilisinin bölgə üzərindəki planlarının icrası imkanlarının yolunu aça bilər;
ABŞ və Rusiyanın Türkiyə üzərindən “ortaq məxrəc”ə gəlməsi yaxın perspektiv üçün mümkün görünən variantdır və bu, hələ Ukrayna müharibəsindən öncə başlanan “böyük qarşıdurma”da təsir zonalarının bölüşdürülməsi planının bir hissəsi də ola bilər.
Asif Nərimanlı

-
Magazin216:27
Türkiyəli aktrisanın ailəsi də dağıntılar altında qaldı - VİDEO
-
Nida Xəbər 16:16
Vasif Tağıyev terrorçunu necə zərərsizləşdirib? - YENİ TƏFƏRRÜAT
-
İdman15:25
Ötən gün qələbə qolunu vurdu, indi isə... - TÜRKİYƏ FUTBOLU ŞOKDA
-
Rəsmi xronika14:59
Prezident Ərdoğana zəng etdi
-
Region14:43
Türkiyədə yenidən 7,8 bal gücündə zəlzələ oldu
-
Region14:17
Ərdoğan ölənlərin sayını açıqladı - Şok rəqəm
-
İdman13:45
Türkiyə idmanının ağır günü - Onlardan xəbər yoxdur
-
Sosial13:20
Nazir rəisi işdən çıxardı - FOTO