Nida Təhlil
Əliyevin BƏƏ səfəri: Bakı hansı gedişi edir və plan nədir?
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliyinə işgüzar səfəri Bakı-Əbu-Dabi xəttində isti münasibətlərlə yanaşı, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı baş tutmayan qətnamə cəhdi fonunda da əhəmiyyətlidir.
Fransa-Ermənistan cütlüyünün BMT TŞ-də Laçın yolundakı aksiyaya görə Bakıya qarşı qəbul etdirmək istədiyi qətnaməyə qarşı çıxan ölkələrdən biri BƏƏ idi. Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan BƏƏ-nin bu səlahiyyəti 2023-cü ilin sonunda başa çatır, həmin müddətə qədər Əbu- Dabi həlledici söz haqqına sahibdir.
Əliyevin Əbu-Dabiyə səfəri həm Azərbaycana dəstək verən bu ölkə ilə təmasları intensivləşdirmək, həm də növbəti cəhdlərdə də BƏƏ-nin dəstəyini öncədən əldə etmək məqsədi daşıyır. Çünki Rəsmi Paris istəyinə nail ola bilməsə də, planından əl çəkməyib və proseslərin inkişafına uyğun ortaya çıxa biləcək digər məsələlərdə də Təhlükəsizlik Şurasında Bakıya qarşı cəbhə açmaq istəyəcəyi bəllidir. Bu gözləntilər fonunda TŞ-də hər bir səs Bakı üçün önəmlidir, BƏƏ də belə ölkələrdəndir.
Burada diqqətçəkən məqamlardan biri BƏƏ-nin BMT TŞ-yə sədrlik edəcəyi müddətdir: qaydalara görə daimi və qeyri-daimi üzvlərin hər biri il ərzində bir ay müddətində TŞ-yə sədrlik edir; BƏƏ-nin növbəsi bu ilin iyun ayındadır;
Mümkündür ki, Bakı Qarabağda və sərhəddə müəyyən praktiki addımlarını məhz həmin dövrə planlaşdıra bilər, separatçı rejimin təxribatlarını və Ermənistanın heç bir öhdəliyinə əməl etmədiyini nəzərə alsaq, proseslərin bu istiqamətdə inkişafının sürətləndiyini demək çətin deyil. Belə bir vəziyyətdə BMT TŞ üzərindən beynəlxalq təzyiq dalğası yaratmaq istəkləri də olacaq.
Və Əliyev BƏƏ-yə səfəri ilə bu ölkənin dəstəyini möhkəmləndirmək, mümkün addımlar zamanı beynəlxalq müstəvidə proseslərin inkişafını Azərbaycanın lehinə dəyişdirmək üçün öncədən zəmin hazırlayır. BMT TŞ-də sədrliyin BƏƏ-dən sonra İngiltərəyə (iyul ayı) keçməsi də Bakının əlini gücləndirə biləcək məqamlardandır.
Asif Nərimanlı
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO