Nida Təhlil
Azərbaycan Xankəndidə bu şəxsləri cəzalandıracaq - Güzəşt olmayacaq - VİDEO
11:26
“Ölkə başçısının dünənki çıxışında toxunduğu əsas məqamlardan biri də Qarabağda yaşayan etnik ermənilərlə bağlı oldu. Belə ki, Prezident bir daha qəti və sərt şəkildə orada yaşayanlara seçim etmələrini bildirdi. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da başqa yaşayış yeri seçməlidirlər”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Amid Əliyev deyib.
Politoloq bildirib ki, səslənən bu fikir həm hüquqi, həm də siyasi cəhətdən tam əsaslanmışdır:
“Qarabağda yaşayan etnik ermənilər yaşadıqları yerin Azərbaycanın suveren ərazisi olduğunu anlamalı və Azərbaycan vətəndaşı olmalıdırlar. Onların bu ssenaridən başqa kiməsə və ya nəyəsə güman etmələri qeyri-realdır. Bu məsələ daxili məsələdir və Azərbaycan bunu heç bir halda üçüncü tərəflə müzakirə etməyəcək”.
A.Əliyev qeyd edib ki, bu prosesə mane olmağa çalışan separatçı qurum və onun psevdo rəhbərləri birdəfəlik başa düşməlidirlər ki, Azərbaycan ərazisində ermənilərdən ibarət hansısa formada hüquqi cəhətdən müstəqil bir idarəetmə forması olmayacaq:
“Bunun arzulayan ermənilər və onların havadarları da nə qədər tez anlasalar, bir o qədər yaxşı olar. Ermənistan hökuməti belə dünənki bəyanatlarında bu məsələnin danışıqlar mövzusu olmadığını bir daha bəyan edib.
Yaranmış bu vəziyyətdə təklif olunan seçimə uyğun olaraq hərəkət etmək istəməyənlərə qarşı Azərbaycanın mövqeyi sərt olacaq. Azərbaycan BMT Nizamnaməsinin 51 bəndini və digər beynəlxalq əhəmiyyətli normativ aktları rəhbər tutaraq öz ərazisində separatçılığa və mərkəzi hakimiyyətə tabe olmayan, destruktiv mövqe nümayiş etdirən şəxslərə qarşı ciddi tədbirlər görəcək. Bu məsələdə Azərbaycan dövləti kiməsə güzəştə getmək fikrində deyil”.
Aydan Beydullayeva
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO