Nida Təhlil
Azərbaycan-Ermənistan arasında silahlar üzrə güc balansı: Detallar açıqlandı
Prezident İlham Əliyev yerli telekanala müsahibəsi zamanı bildirib ki, müharibədən sonrakı 2 il yarım ərzində ordu quruculuğu məsələlərinə böyük diqqət göstərilib. Ölkə başçısı bildirib ki, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq. Ona görə ordu quruculuğu və müdafiə potensialımızla bağlı olan bütün məsələlər əsas vəzifədir. Əsas vəsait bu istiqamətlərə yönəldiləcək.
Ermənistanda revanşist qüvvələrin hələ də öz iddialarından əl çəkməməsi Azərbaycanı bu təhlükəyə qarşı daim hazır olmağa məcbur edir. Lakin regionda baş verən son proseslər “təhlükə təkcə Ermənistandandırmı” sualını da yaradır.
Hərbi ekspert Ədalət Verdiyev Publika.az-a açıqlamasında bu məsələləri şərh edib.
“Hazırda regionda olan qüvvələr yalnız Ermənistan və orada mövcud olan revanşist qüvvələrlə bağlı deyil. Eyni zamanda daha böyük təhlükə və təhdidlər İrandan da qaynaqlanır. İran regionda növbəti müharibə ocağı yaratmağa çalışır. Bunun üçün də, Ermənistana kifayət qədər ciddi miqyasda dəstək göstərir. Bütün bunlara baxmayaraq ölkə başçısı da vurğuladı ki, ordumuz hər an hazır olmalıdır”.
Hazırda ordumuzun modernləşməsi istiqamətində hansı işlər görülür? Bundan sonrakı mərhələdə ordunun güclənməsi, modernləşməsi yolunda hansı addımlar atıla bilər?
“Müharibədən sonrakı dönəmdə biz hərbi potensialımızı ən azı 2 dəfə artırmışıq. Quru qoşunlarını yaratmışıq, komando birliklərini hazırlamışıq, müxtəlif yeni təyinatlı hərbi hissələr, o cümlədən Şərqi Zəngəzurda və rusların nəzarətində olan Qarabağın perimetri boyunca çox sayda yeni hərbi infrastruktur yerləşdirə bilmişik. Ordumuzun modernləşdirilməsi, gücləndirilməsi, türk ordu modelinə keçid kifayət qədər sürətli templə davam edir. Azərbaycan ordusununun hissə, birlik və bölmələri üçün zəruri olan bütün müasir silah sistemlərinin alınması və çatdırılması demək olar ki, başa çatıb. Amma bu modernləşmə, türk ordu modelinə keçid hələ də davam edir. Bu istiqamətdə ölkəmiz kifayət qədər ciddi ölkələrlə ABŞ, Aİ ölkələri, ənənəvi tərəfdaşlarımız və müttəfiqlərimiz ilə intensiv məsləhətləşmələr aparır”,- ekspert deyib.
Ə.Verdiyev qeyd edib ki, bunlar ilk növbədə Azərbaycanın hərbi potensialının gücləndirilməsinə hesablanan addımlardır: “Hazırda Azərbaycan-Ermənistan arasında müxtəlif silahlar üzrə güc balansı ən azı 2 dəfədən çox Azərbaycanın xeyrinədir”.
Ayşən Rəhim
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib - FOTO
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..."
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ
-
İdman12:43
Dünyanın ən gözəl qadın qolfçusu: Görün indi nə işlə məşğuldur - FOTOLAR/VİDEO