Separatçılardan "müharibə istəyirik" çağırışı - Azərbaycan Ordusu bu yerdəyişmələrə hazırlaşır
Bizi izləyin

Nida Təhlil

Separatçılardan "müharibə istəyirik" çağırışı - Azərbaycan Ordusu bu yerdəyişmələrə hazırlaşır

İndiki həssas durumda, sülh danışıqlarının getdiyi bir müddətdə bu danışıqların gündəmini dəyişmək üçün Ermənistan tərəfi həm sərhəddə, həm də rusların müvəqqəti nəzarətində olan ərazilərdə təxribatlar törədə bilər. Xankəndidə mümkün təxribatların baş verəcəyini heç bir zaman istisna etmirik. Təxribatlar kiçik və orta miqyaslı olmaqla hər zaman baş verə bilir”.

Publika.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Babayan və Vardanyanın ordu qurmaq planına gəldikdə, bu, pafosdan başqa bir şey deyil.

“Qarabağ ərazisində Laçın sərhəd keçid məntəqəsi qurulduqdan sonra heç bir yeni “ordu quruculuğu”ndan söhbət gedə bilməz. Azərbaycan birgə bəyanatın imzalanmasından keçən 31 ay ərzində, xüsusilə də keçən ilin mart ayından bəri rusların nəzarətində olan Qarabağ ərazisində uğurlu yerdəyişmələr edib. Fərrux, Qırx qız, Çarbaba, Buzluq, Laçın, Sus, Zabuq, Allahqullar və Zaman Pərəsti kəndlərində, bəzi yüksəkliklərdə, Zabux kəndi ətrafında kifayət qədər yüksək yerdəyişmələr olub. Bunların heç birinə qarşı erməni fərariləri müqavimət belə göstərməyə cəhd etməyib”.

Hərbi ekspertin sözlərinə görə, ordu qurmaq istəyi uğursuz bir cəhddir. Dünən Vardanyan da etiraf edib ki, Qarabağ Azərbaycan ərazisidir. O, hətta helikopterlə ərazidən qaçmaq ehtimalını belə sıfıra bərabər götürür. Çünki helikopterin vurulacağından ehtiyat edir. Odur ki, bu proseslər bir qədər zaman alsa da, tamamilə Azərbaycanın mütləq qələbəsi ilə başa çatacaq. Ermənilərin sıx yaşamadığı ərazilərdə Azərbaycan ordusu bir neçə uğurlu yerdəyişmələr də həyata keçirəcək”,- ekspert yekunlaşdırıb.

Qeyd edək ki, Samvel Babayan və Ruben Vardanyan müharibəyə hazırlığına işarə edən müəyyən fikirlər irəli sürüb. Babayan “yeni ordu” qurmağı tələb edir, Vardanyan isə döyüşə, “müdafiəyə hazır” olduqlarını bəyan edib. Azərbaycanın reinteqrasiya təkliflərini qəbul etməyən, Qarabağdakı separatçı rejim təxribat hücumlarına hazırlıq yönündə bir sıra addımlar atır.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm