Nida Təhlil
Nikolun dəvəquşu obrazı: Avropada “qərbpərəst”, Rusiyada “müttəfiq”
Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa paytaxtlarında fərqli, Rusiyada fərqli çıxışları onu siyasətin dəvəquşusu adılandırmağa imkan verir: başını gizlədir və hesab edir ki, heç kim çöldə qalan gövdəsini görmür.
Avropada qərbpərəst mövqe sərgiləyir, Rusiyanı asır-kəsir, anti-Rusiya tezislərindən çıxış edir. Və Qərbdə belə təəssürat yaranır ki, Cənubi Qafqazda onların “müttəfiqi” olmağa namizəd var, bu Ermənistan və onun baş naziri Nikol Paşinyandır.
Qərbdə performans göstərən Paşinyan Rusiyaya səfər edəndə tamam fərqli obraza bürünür: Rusiya ilə müttəfiqlikdən bəhs edir, ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşməsinin vacibliyindən danışır, hətta KTMT və Avrasiya İqtisadi İttifqında dərin inteqrasiya üçün təkliflərlə də çıxış edir.
Və Rusiyada belə təəssürat yaratmağa çalışır ki, Paşinyanın qərbpərəst olduğu haqda deyilənlər doğru deyil, o, Rusiyanın əsl müttəfiqidir.
Bu, “siyasi manevr”, yaxud “balansı mövqe” yox, ikiüzlülük və riyakarlıqdır. Və erməni baş nazir dəvəquşu kimi başını quma salaraq, özünü gizlətdiyini, bu riyakarlığının görünmədiyini hesab edir. Hərçənd, hər şey ortadadır, Paşinyan hər kəsi aldatmağa çalışır.
Onun Rusiyada verdiyi açıqlamalar riyakarlığının sonuncu nümunəsi kimi qəbul edilə bilər.
Paşinyan Avrasiya İqtisadi İttifaqının vahid bazarın yaradılmasında, ticarətin stimullaşdırılmasında, biznes və investisiyalar üçün əlverişli mühitin yaradılmasında əsas rol oynadığını qeyd edir, hesab edir ki, inteqrasiya daha da dərinləşdirilməlidir.
Paşinyan MDB çərçivəsində əməkdaşlığın, inteqrasiyanın vacibliyindən bəhs edir, bu istiqamətdə görülən işləri yüksək qiymətləndirir, Ermənistanın üzərinə düşən işi görməyə hazır olduğunu bildirir.
Paşinyan Putinlə görüşdə Ermənistanı Rusiyanın əsas müttəfiqi adlandırır, əməkdaşlığın artırılmasının vacibliyindən danışır.
Şübhəsiz ki, o, Avropaya növbəti səfərindən Rusiyada verdiyi açıqlamaları bir kənara qoyacaq və özünü “qərbpərəst” göstərməyə çalışacaq.
Bu, təcrübə ilə təsdiq olunub. Misal üçün, son dövrlər Ermənistan hakimiyyətində Rusiyaya qarşı çıxışları intensivləşsə də, Nikol 9 may paradında Moskvaya tələsdi və özünü “müttəfiq” kimi apardı. Moskvadan qayıdandan sonra Avropa sammitinə qatıldı, orada “qərbpərəst” performans sərgilədi, daha sonra Moskvaya getdi və Rusiyanın liderlik etdiyi ittifaqlarda dərin əməkdaşlıqdan, inteqrasiyadan danışdı.
Erməni baş nazir başını quma salıb və hesab edir ki, bu riyakarlığını heç kim görümür. Halbuki, artıq hər şey ortadadır və bir-birinə zidd fikirləri, mövqeyi ilə tanınan Paşinyana heç kim inanmır. Erməni baş nazirin bu riyakarlığı beynəlxalq münasibətlərdə kliniki hadisə də hesab edilə bilər.
Aydın görünür ki, Paşinyan nə “qərbpərəst”, nə də Rusiyanın “müttəfiqi” deyil, sadəcə beynəlxalq səviyyəli ikiüzlü siyasətçidir.
Asif
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika2 Yanvar 20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin12 Yanvar 20:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin12 Yanvar 19:36
“Çıxışlarım son anda təxirə salınır”