Qarşıdakı dönəm kritikdir, Azərbaycan məcbur olub sərhəddə... - Türk general
Bizi izləyin

Nida Təhlil

Qarşıdakı dönəm kritikdir, Azərbaycan məcbur olub sərhəddə... - Türk general

“Sülhməramlıların yanında Azərbaycan bayrağına, əsgərinə, dövlətinə, torpağına qarşı edilən terror fəaliyyəti və sərhəddə Azərbaycan mövqelərinə toplar və dronlarla edilən hücum aktı qəbuledilməzdir.

Ermənistan 200 ildir hər dəfə bənzər davranışları edi, qarşılığında Qərbdən “afərin, nə yaxşı etdin” sözləri ilə reaksiya aldıqları üçün bu terror hücumlarını ənənə halına gətirir. Azərbaycan Laçın postunu bağlayıb. Və İrəvan təxribata görə məsuliyyəti üzərinə götürməyənə, baş verənlərlə bağlı tədqiqat aparılmayana qədər post istifadəyə açılmayacaq. Sözsüz ki, üçtərəfli saziş istiqamətində maddələrin tətbiq edilməsi vacibdir”.

Bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib

O bildirib ki, beynəlxalq müstəvidə Azərbaycan öz torpaqlarında terrorizmə qarşı müabrizə haqqına sahibdir:

"Hesab edirəm ki, qarşıdakı günlər, həftələr və aylar olduqca kritik əhəmiyyət kəsb edir. Ermənistanın baş naziri Paşinyanın dəfələrlə “Qarabağ Azərbaycandır” deməsinə baxmayaraq, bunu anlamaq istəməyən əliqanlı qatillər xarici qüvvələrin maşaları sülh prossesini pozmağa, güvəni zədələməyə çalışırlar.

Hazırki vəziyyətdə görünən odur ki, Ermənistan beynəlxalq hüquq çərçivəsində imzaladığı qərarların arxasında durmadıqca, Azərbaycan məcbur olub "dəmir yumruğ"u onların başına bir daha endirəcək. Əks təqdirdə bu problem həll olunmayacaq.

Çünki onlar verdikləri sözləri inkar etməyə öyrəşiblər. Onlar ağıllarını başlarına toplamalıdır. Yoxsa Azərbaycan daxili resursları ilə məsələni qısa zamanda həll edəcək”.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm