ABŞ-dakı erməni lobbisi Baydeni şantaja başladı: əlləri qana bulaşıb
Bizi izləyin

Nida Təhlil

ABŞ-dakı erməni lobbisi Baydeni şantaja başladı: əlləri qana bulaşıb

ABŞ parlamentinin hər iki palatasının(Nümayəndələr Palatası və Senat) 100-ə yaxın deputatı Dövlət Departamentinə məktub ünvanlayaraq “indi ərazini tərk edən on minlərlə etnik erməninin yaşadığı müstəqil dağlıq bölgəni ələ keçirmiş Azərbaycanın hərbi məmurlarına” qarşı sanksiyalar tətbiq edilməsini tələb edib.

Dövlət katibi Entoni Blinkenə gödərilmiş məktubda Azərbaycan “Dağlıq Qarabağa hərbi hücumlar və amansız blokadaya” görə ittiham olunur(The Hill). "Bu hərəkətlər insan hüquqlarının kobud şəkildə pozulmasını və zorakı münaqişənin törədilməsini əks etdirir ki, bu da Amerika dəyərlərinə və maraqlarına birbaşa zərbə vurur”, - deputatlar məktubda yazıblar.

“Amerika beynəlxalq insan haqları üzrə qlobal liderdir və vasitəçi və regionda sülhün tərəfdarı kimi xidmət etməyə davam etməlidir” deyən millət vəkilləri məktubda “Əliyev hökuməti üzvlərinə qarşı sanksiyaların tətbiqinə çağrılır.

Məktubda amerikalı parlamentarilər "Ermənistanı Qarabağla birləşdirən yeganə marşrut olan” Laçın dəhlizinin Azərbaycan tərəfindən təxminən 9 ay bağlanmasından, beləliklə də, “etnik ermənilərin hərəkət azadlığından və kritik təminat mallarından məhrum olmasından” narahatlığını ifadə ediblər.

Qeyd ediblər ki, bu həftə yanacaqdoldurma məntəqəsində baş verən partlayışda azı 68 nəfər həlak olub, 105 nəfər isə hələ də itkin düşüb.

Tanınmış erməni əsilli amerikalılar Kim Kardaşyan və Sher də Ağ Evi Azərbaycana qarşı addım atmağa çağırıb.

Azərbaycan Laçın dəhlizini blokadaya alarkən Vaşinqtonun başqa tərəfə baxdığını deyən erməni lobbistləri ABŞ-ı tənqid atəşinə tutur. Amerika Erməni Milli Komitəsi bildirib ki, ABŞ hökuməti Konqresdə sorğu-sual zamanı blokadanı böhran adlandırmaqdan imtina edib. Komitə Vaşinqtonu Azərbaycanı silahlandırmaqda ittiham edib.
Klark Universitetinin erməni əsilli alimi Elyse Semerdjian açıqlamasında deyib ki, Bayden administrasiyasının əlləri qana bulaşıb.

"İki minillik ərzində ilk dəfə heç bir erməni dünyanın ən qədim xristian irsinə ev sahibliyi edən dağ anklavında yaşamayacaq. Bu, prezident Baydenin mirasıdır” - deyə o bildirib.

Müraciət və ittihamlarınn işıq üzü görən mətnləri təhriflərlə doludur - Dağlıq Qarabağ müstəqil bölgə adlandırlır, halbuki onun müstəqilliyini heç Ermənistan belə qəbul etmirdi. Üstəlik, sülh danışıqlarının gedişində bəlli idi ki, 2020-ci ildən sonra nəinki hər hans dövlətçilik atributu olan statusdan, heç bir inzibati muxtariyyətdən də söhbət getmir. Azərbaycanın bu mövqeyi nəinki Ermənistan qondarma rejimi tərəfindən də qəbul edilib və özünü buraxıb.

Laçın dəhlizinin yeganə təminat yolu olması və 9 ay bağlı qalması da ağ yalandır. Çünki yol humanitar yüklər üçün hər zaman açıq olub, üstəlik alternativ yollar təklif erdilib.

Erməni lobbisinin soyqırım haqda sayıqlmaları və Bayden adminstrasiyasını ittiham etməsi isə ABŞ daxili seçkilərdə tərəf tutacaqlarına və antibayden cəbhəsində yer alacaqlarına işarədir. Bundan ABŞ-dakı türk və azəri lobbiləri mümkün qədər bəhrələnməlidirlər.

İkinci məqsəd Bayden administrasiyasını mümkün qədər çox yardım ayrımağa məcbur etməkdir. Belə ki, ABŞ erməni qaçqınlar üçün 11 milyon dollardan çox yardım ayrıdığını elan etsə də, ermənilər 1 milyarda yaxın vəsait istəyirlər.

Bununla yanaşı Azərbaycan hakimiyyətinin Suriya rejimi ilə müqayisə edilməsi ilə bağlı erməni lobbisinin başlatdığı parlalel kampaniyanı da nəzərə almaq lazımdır. Görünür, etnik təmizləmə və soyqırım barədə ittihamlara cavab vermək, yalanları zamanında ifşa etməık üçün daha çox fəallığa ehtiyac yaranır.

Rəsmi Bakı artıq erməni sakinlərinə müraciət edərək Qarabağı tərk etməməyə çağırır. Reinteqrasiyanı asanlaşıdrmaq üçün xüsusi portal da istifadəyə verilib. Amma erməni lobbisinin təsirində olan xarici KİVB-lər bu çağırışın gecikdiyini, ermənilər bölgəni tərk etdikdən sonra səsləndiyini iddia edirlər.

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm