Nida Təhlil
Təbrizdə Ermənistan konsulluğunun açılması gərginlik yaradacaq - Türkiyədən xəbərdarlıq
İran və Ermənistan xarici işlər nazirlərinin ötən ilin dekabrın 27-dəki görüşündən sonra bölgədə gərginliyi artıracaq bir addım atıldı. Təbriz şəhərində Ermənistanın konsulluq açacağı rəsmən elan edildi.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yanvarın ilk həftələrini Ermənistan konsulluğunun açılış tarixi kimi göstərib.
Türkiyə mediası İranın bu qərarını geniş işıqlandırmasa da, bəziləri Ermənistanın Təbrizdə konsulluğunun açılmasından narahat olduqlarını bildiriblər.
Bildirilir ki, bu cür hərəkətlər 2022-ci ildə amansız müharibəyə girmiş Azərbaycan Respublikası ilə Ermənistan arasında kövrək qüvvələr balansı ilə yanaşı, Qafqaz regionunda gərginliyin artmasına yol açır.
Xatırladaq ki, 2021-ci ildə iki tərəfin xarici işlər nazirləri ilə keçirilən sammitdə qarşılıqlı konsulluqların açılması qərara alınıb. İlk addımı İran atıb.2022-ci ilin oktyabrında Ermənistanın Qafan şəhərində İran konsulluğu fəaliyyətə başladı. İranın konsulluq üçün üstünlük verdiyi Qafan şəhərinin düz Azərbaycan sərhədində yerləşməsi diqqət çəkdi. Növbə erməni tərəfindədir. Ermənistan da İranda baş konsulluq açır. İranın Ermənistandakı səfiri Mehdi Sübhani də Ermənistan dövlət televiziyasına bildirib ki, Ermənistanın Təbrizdə baş konsulluq açması iki ölkə arasında sərhəd əlaqələrini gücləndirəcək və ikitərəfli ticarətə töhfə verəcək. Azərbaycanın Qarabağ qələbəsindən sonra işğal olunmuş torpaqlarını geri almasına toxunan İran səfiri demişdi ki, “Biz regionumuzda sərhəd dəyişikliklərinin əleyhinəyik. “Sərhədin dəyişdirilməsi bizim üçün İranda ən yüksək səviyyədə elan edilmiş “qırmızı xətt”dir və heç kim bizi bu münasibətdən çəkindirə bilməz”.
“Yeni safak” konsulluq açılması üçün seçilmiş şəhərin Təbriz olmasına xüsusi diqqət çəkir: “Əhalisinin təxminən 95 faizini Azərbaycan türkləri təşkil edən Təbriz şəhərində Ermənistanın Baş Konsulluğu üçün təqvim yaxınlaşır”.
Nəşr hesab edir ki, İran Qarabağ zəfərindən sonra Orta Asiya və türk dünyası ilə sıx bağlı olan dəhlizləri rədd edir. Tehranın xüsusilə Zəngəzur dəhlizi ilə bağlı münasibəti və siyasəti Ermənistandan da sərtdir. Zəngəzur dəhlizi ilə türk xəttinin formalaşması və bu dəhlizin Türkiyə ilə Azərbaycan arasında quru əlaqəsini təmin etməsi İranı bəri başdan narahat edir.
Tehran rəhbərliyi Zəngəzur dəhlizinə qarşı çıxsa da, Azərbaycan sərhədində və azərbaycanlıların yaşadığı bölgələrdə Ermənistanla diplomatik əlaqələri artırması diqqətdən kənarda qalmır, Azərbaycan sərhədini Zəngəzur dəhlizinə qarşı müqavimət mərkəzi kimi görür. “Məlumdur ki, iki ölkə üçün qarşılıqlı konsulluq fəaliyyəti kimi Qafan və Təbriz şəhərlərinin seçilməsi mesajı türk dünyasına verilir. Əhalisinin əksəriyyətini Azərbaycan türklərinin təşkil etdiyi Təbriz şəhərində Ermənistana baş konsulluğun ayrılması bölgədə gərginliyi artıra bilər”, - nəşr yazıb.
“Anadolu Ajansı” Zəngəzur dəhlizinin regional əməkdaşlığa verəcəyi töhfələri vurğulayır. Xatırladılır ki, 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul edilən üçlü bəyannamədə Azərbaycan torpaqları ilə Naxçıvan arasında nəqliyyat xətlərinin açılması ilə bağlı maddə var. Azərbaycan Zəngəzur dəhlizi adlandırdığı marşrutun öz ərazisində dəmir yolu və yol işlərini böyük ölçüdə başa çatdırsa da, Ermənistan, bu məsələ ilə bağlı hələ heç bir addım atmayıb. Bunun üzərinə Bakı və Tehran administrasiyası Naxçıvanı Qərb əyalətləri ilə birləşdirəcək avtomobil və dəmir yolu körpüsünün tikintisi ilə bağlı razılığa gəliblər. Digər tərəfdən, dəmir yoluna paralel olaraq Ermənistana, oradan da Azərbaycana birləşən torpaq yol var. Bu yolun da təmirə, genişləndirilməsinə və nəqliyyat vasitələrinin hərəkəti üçün açılmasına ehtiyac var. Zəngəzur dəhlizi adlanan bu 43 kilometrlik yol tamamlanarsa, Naxçıvandan Azərbaycana birbaşa nəqliyyat təmin olunacaq və region iqtisadiyyatı inkişaf edəcək: “Region ölkələri üçün geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi ilə Cənubi Qafqazda yeni inteqrasiya təşəbbüslərinin başlayacağı nəzərdə tutulur.”
“Haber7”-nin reportajında da Təbrizdə Ermənistan konsulluğunun açılması təşəbbüsü tənqid edilir, Azərbaycan Respublikasının belə bir vəzifə ilə bağlı oxşar tələbi illərdir İran hakimiyyəti tərəfindən əngəlləndiyi yada salınır. Ermənistan konsulluğu Azərbaycan və Türkiyədən sonra Təbrizdə açılan üçüncü konsulluq olacaq.
Türkiyəli politoloq Abdullah Çiftçi isə “X” sosial şəbəkəsində yazıb ki, İran “əhalinin 95%-i türk olan” əyalətdə deyil, başqa bir şəhərdə konsulluq açmaq üçün yer tapmalıdır.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
Hadisə13:10
Qubada evdə PARTLAYIŞ oldu: xəsarət alan var - FOTO
-
Avropa13:05
"Makron" YANDIRILDI
-
Hadisə12:55
Zahid Rzayev Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO
-
İdman12:35
Arda “Real”ın tarixinə düşdü: 21-ci əsrdə beləsi olmamışdı
-
Ekologiya12:25
Qar yağacaq, 22 dərəcə şaxta olacaq - Sabahın havası
-
Dünya12:15
Qroznıda OMON bazasına PUA hücumu - VİDEO
-
Magazin211:44
Məşhur müğənni vəfat etdi - Foto
-
Avropa11:11
Avropanın təhlükəsizliyi üçün radikal plan təklif edildi: ABŞ əvəzinə Rusiya ilə...