Qarabağ 2017-ci ilin mayına qədər azad edilə bilər
Bizi izləyin

Nida Xəbər

Qarabağ 2017-ci ilin mayına qədər azad edilə bilər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 8-9 dekabr tarixində Hamburqda görüşü gözlənilir.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə 8-9 dekabr tarixində Hamburqda görüşü gözlənilir.

Publika.az xəbər verir ki, bu görüşdə Qarabağ münaqişəsinin nizama salınma prosesinin sürətlənəcəyinə ümidlər var. Əks təqdirdə, münaqişə ətrafında vəziyyət yenidən gərginləşə bilər.

Ermənilərə yaxınlığı ilə seçilən rusiyalı politoloq Stanislav Tasarov isə bildirib ki, dekabr görüşündə nəsə irəliləyiş olmasa, bu, bölgədə yeni müharibəyə səbəb ola bilər: “2017-ci ilin may ayında ATƏT-ə sədrlik Almaniyadan Avstriyaya keçəcək. 2016-cı ilin dekabr ayından 2017-ci ayın mayına qədər olan aralıq müddət gərgin dövr olacaq. Bu dövrdə Azərbaycan yaranmış fasilədən istifadə edərək Qarabağı qaytarmaq üçün bütün gücü ilə çalışacaq. Buna nail olacaqmı? Aprel döyüşləri, regiondakı proseslər, eləcə də hazırda qızğın silahlanma bu suala müəyyən mənada cavab verir”.

S.Tasarov həmişə olduğu kimi ermənilərin müdafiəsinə qalxaraq, dolayısı ilə Azərbaycanın 2017-ci ilin mayına qədər Qarabağı azad etməyə çalışacağına işarə edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm