Nida Xəbər
Arif Rəhimzadə: “Rusiya ilə düşmənçilik etmək iqtidarında deyilik”
“Ukrayna təcrübəsi də göstərdi ki, Rusiya ilə hədə yolu ilə danışmaqla müsbət nəticəyə nail olmaq mümkün deyil. Amma bu o demək deyil ki, Azərbaycan səssiz qalır”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun keçmiş rəhbəri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib.
Komitə sədri deyib ki, Rusiyanın və Azərbaycanın öz maraqları var:
“Biz Rusiya ilə düşmənçilik etmək iqtidarında deyilik. Rusiya ilə münasibətləri qoruyub saxlamaq lazımdır. Ancaq eyni zamanda, Dağlıq Qarabağ məsələsinin həllinə də diqqətlə yanaşılmasına nail olmaq lazımdır”.
A.Rəhimzadə qeyd edib ki, Azərbaycan Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyaya öz münasibətini çatdırır:
“Biz Rusiyaya hər zaman öz sözümüzü deyirik. Amma Rusiya ilə münasibətlərdə daha konkret nəticələrin əldə olunmasına çalışmalıyıq”.
Vasif Həsənli
-
Region12:21
İpotekaya ölkə almışıq, amma kirayədə yaşamaq istəyirik - Paşinyandan etiraf
-
Magazin112:11
Səidə yeni klipini avtobusda çəkdi - VİDEO
-
Tarix11:36
İki qitəni birləşdirən, peyğəmbərin müjdəsini alan əzəmətli şəhər - Onun fəthi...
-
Sosial11:03
Müdafiə Nazirliyinin generalı istefaya göndərildi
-
İqtisadi gündəm10:36
Lirə yenə ucuzlaşdı, rubl isə... - MƏZƏNNƏ
-
Avropa10:00
Zelenskidən NATO ilə bağlı görün nə xahiş ediblər - Yüksək rütbəli rəsmilər açıqladı
-
Dünya09:30
Çimərlikdə 3 uşağı ildırım belə vurdu - ANBAAN VİDEO
-
Dünya09:12
Müharibəyə onlar gedəcəklər: Çiyinlərində avtomat olan itlər gəlir - FOTO