Lavrov: “Qarabağ münaqişəsinə dair razılaşmalar yerinə yetirilməlidir”
Bizi izləyin

Nida Xəbər

Lavrov: “Qarabağ münaqişəsinə dair razılaşmalar yerinə yetirilməlidir”

Razılaşmaya görə, hər şeydən əvvəl atəşkəs rejiminə əməl edilməlidir.

“Qarabağ münaqişəsi zonasında ATƏT müşahidəçilərinin yerləşdirilməsi ilə bağlı məsələdə razılıq yoxdur”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılıqlar həyata keçirilməlidir.

“Biz Qarabağ münaqişəsinin nizama salınmasındakı vəziyyəti uzun müddətdir şərh edirik. Razılaşmaya görə, hər şeydən əvvəl atəşkəs rejiminə əməl edilməlidir. Amma təəssüf ki, pozuntular davam edir. Biz ATƏT-in təmas xəttində vəziyyətin monitorinqini yüksək qiymətləndiririk. ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı razılaşma var idi. Həm də bu, çox böyük say deyil. Cəmi 7 nəfər. Hesab edirik ki, bu razılıqlar ATƏT-in qərarlarında möhkəmləndirilməlidir”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm