Azərbaycanda İsrail-Fələstin məsələsi müzakirə olunacaq
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda İsrail-Fələstin məsələsi müzakirə olunacaq

Benyamin Netanyahunun sabah Azərbaycana nəzərdə tutulan səfəri zamanı müzakirə olunacaq əsas məsələrdən biri də İsrail-Fələstin münaqişəsi olacaq.

İsrailin baş naziri Benyamin Netanyahunun sabah Azərbaycana nəzərdə tutulan səfəri zamanı müzakirə olunacaq əsas məsələrdən biri də İsrail-Fələstin münaqişəsi olacaq.

Diplomatik mənbələrdən APA-ya məlum olub ki, danışıqlarda İsrail-Fələstin münaqişəsi ilə bağlı tərəflər fikir mübadiləsi aparacaq, Azərbaycan hər iki tərəflə normal münasibətlər saxlayan, həmçinin İslam dövləti olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edəcək.

Qeyd edək ki, Azərbaycan beynalxalq hüquqa uyğun olaraq, habelə BMTsənədlərinə əsaslanaraq Fələstinin haqlı mövqeyini hər zaman dəstəklədiyini bəyan edib.

B.Netanyahu dekabrın 14-də Azərbaycandan Qazaxıstana yollanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm