Nida Xəbər
Azərbaycana mükafat verildi
Bolqarıstanın nüfuzlu “Standart” qəzetinin təşəbbüsü ilə keçirilən “Bolqarıstan möcüzələri” kampaniyası çərçivəsində Bolqarıstanın Milli Tarix Muzeyində rəsmi mükafatlandırma mərasimi keçirilib.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən Publika.az-a verilən məlumata görə, mərasimdə Bolqarıstan Xalq Məclisində təmsil olunan partiyaların fraksiya rəhbərləri, mədəniyyət nazirliyinin rəsmiləri, Bolqarıstan Pravoslav Kilsəsinin nümayəndələri, Sofiya şəhərinin meri Yordanka Fandıkova, Bolqarıstan Sosialist partiyasının lideri Korneliya Ninova, həmçinin biznesmenlər iştirak ediblər.
Tədbirdə ölkəmizə “2016-cı ilin mesenatı” kateqoriyasında fəxri fərman verilib. Fəxri fərman Bolqarıstanın mədəniyyət nazirinin müavini, məşhur arxeoloq xanım Boni Petrunova tərəfindən səfir Nərgiz Qurbanovaya təqdim edilib. Çıxışında nazir müavini Veliko Tırnovo şəhərində yerləşən və Bolqarıstan üçün xüsusi əhəmiyyət kəsb edən “Trapezitsa” Tarixi Memarlıq Qoruğunun bərpasına verdiyi dəyərli töhfəyə görə Azərbaycan tərəfinə bolqar xalqı adından təşəkkür edib.
Səfir N. Qurbanova isə Azərbaycana bu kateqoriyada təltifnamə təqdim edilməsinə, eləcə də bolqar xalqının ölkəmizə verdiyi yüksək qiymətə görə minnətdarlığını bildirib və Azərbaycan tərəfinin orta əsr Bolqarıstan memarlığının incisi olan “Trapezitsa” Tarixi Memarlıq Qoruğunun bərpasına yardım etdiyinə görə fəxr etdiyini söyləyib.
-
Hadisə09:36
Vahid Mustafayevin mağazasından 330 minlik saat oğurlandı
-
Region09:16
Paşinyanın komandasında istefa ardınca istefa: Vardanyan da getdi
-
ABŞ09:00
Mask pilotsuz robotaksini TƏQDİM ETDİ: Bu qiymətə olacaq - VİDEO
-
Magazin108:12
Xoşqədəm Almaniyada belə dincəlir - FOTO
-
Magazin105:15
Elşənin verilişindən ilk görüntülər - VİDEO
-
Səhiyyə04:44
Stomatoloji poliklinikadan görün nə oğurladılar - ANBAAN GÖRÜNTÜLƏR
-
Avropa03:13
Daha iki ölkə arasında VƏZİYYƏT GƏRGİNLƏŞDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək