Nida Xəbər
5 rayon qaytarılır, Qarabağ... – Ter-Petrosyan hirslənib SİRLƏRİ AÇDI
Ermənistanın birinci prezidenti, Erməni Milli
Konqresinin lideri Levon Ter-Petrosyan dekabrın 17-də qurultaydakı
çıxışını tənqid edənlərə cavab olaraq bəyanatla çıxış edib.
Publika.az xəbər verir ki, Petrosyan onu tənqid edənlərə
cavab olaraq qeyd edib ki, onun Dağlıq Qarabağla bağlı dediyi
məsələ hazırda prezident Serj Sarkisyanın apardığı danışıqlarda
masanın üzərindəki mərhələli həll variantıdır.
“Belə çıxır ki, məni xəyanətdə ittiham edənlər əslində özlərini
ittiham edirlər”, - deyə o bildirib.
Petrosyan danışıqlar masasındakı proqramın detallarını
açıqlayıb:
“Birinci mərhələdə Ermənistan Kəlbəcər və Laçından başqa, yerdə
qalan beş rayonu Azərbaycana qaytarır. İkinci mərhələdə Qarabağa
sülhməramlılar yerləşdirilir. Üçüncü mərhələdə Qarabağın aralıq
statusu müəyyən edilir. Dördüncü mərhələdə Ermənistanın blokadası
aradan götürülür, Türkiyə ilə sərhəd açılır, Azərbaycanla
kommunikasiyalar qurulur. Beşinci mərhələdə Qarabağın son statusu
həll olunur. Altıncı mərhələdə Laçın dəhlizindən başqa, yerdə qalan
iki rayon da Azərbaycana qaytarılır”.
Petrosyan qeyd edib ki, 2007-ci ildən indiyə qədər Ermənistan
hakimiyyəti bu variantlar üzərində aparılan danışıqlarda iştirak
edir.
O, bu variantın həyata keçirilməsini özünü də dəstəklədiyini qeyd
edib.
“Çünki münaqişənin uzanmasından ən çox zərəri Ermənistan və erməni
xalqı çəkir. Əgər həll olunmasa, növbəti dəfə Ermənistan üçün daha
pis nəticələr yarana bilər”, - deyə o diqqətə çatdırıb.
Asif
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə pozalar verdi - FOTO
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər