Nida Xəbər
FHN-in Akademiyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anıldı - - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
FHN-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbir iştirakçıları, əvvəlcə, faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Akademiyanın rəisi general-mayor Pənah Süleymanov tədbiri açaraq bildirib ki, müstəqilliyimiz uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi ürəklərdə yaşayır və hər zaman yaşayacaq. O, qeyd edib ki, bu qanlı faciəyə hüquqi-siyasi qiyməti məhz xalqımızın ümummilli lideri Heydər Əliyev verib.
Tədbirdə çıxış edən Milli Məclisinin deputatı, professor Fəzail İbrahimli qanlı faciədən danışaraq qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun hərbi hissələri və zirehli texnikası Bakı şəhərinə, Azərbaycanın bir neçə şəhər və rayonlarına yeridilib, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşüb. Həmin dövrdə Moskvada yaşayan ulu öndər Heydər Əliyev respublikamızın Daimi Nümayəndəliyinə gələrək öz xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, faciəni törədənləri ittiham edib, qoşunların Bakıdan çıxarılmasını Sovet hökumətinin rəhbərlərindən qətiyyətlə tələb edib.
FHN Akademiyasının baş zabiti Kəmalə Rzazadə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr etdiyi şeri söyləyib. Sonda Qanlı Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO