Nida Xəbər
Qarabağın işğalındakı bilinməyən səbəb - ABŞ KƏŞFİYYATI MƏXFİ SƏNƏDİ AÇDI
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) ictimaiyyətə
açıqladığı bir milyona yaxın məxfi sənədlər arasında Dağlıq
Qarabağda erməni separatçılarının fəaliyyəti də öz əksini
tapıb.
Publika.az xəbər verir ki, CİA-nın SSRİ üzrə agenti Robert
Blekvellanın baş qərargaha göndərdiyi 1988-ci il 21 aprel tarixli
məxfi məruzə isə Dağlıq Qarabağın işğalına işıq tutur.
Məruzədən belə anlaşılır ki, Moskva əvvəlcə yüksək status təklif
etsə də, sonra erməni separatçılarının qarşısında geri çəkilir və
Azərbaycan torpaqlarının işğalının əsasını qoyur.
“Ermənilər etiraz aksiyaları keçirdilər. Aprelin 5-də mitinqlər
oldu. Aprelin 19-da SSRİ rəhbərliyi bu və digər məsələləri
müzakirəyə çıxardı. İclasda islahatçılar və mühafizəkarların
mübarizəsi, Mixail Qorbaçov və onun siyasəti müzakirə olunurdu.
Həmçinin, Sovet İttifaqında etnik münaqişələr də müzakirə olundu,
xüsusilə Qarabağ məsələsi üzrə sovet rəhbərliyinin atacağı
addımlar. Ermənilər Qarabağın Azərbaycandan alınmasını tələb
edirlər. Moskva yüksək status təklif edir. Misal üçün, erməni
telekanalının açılması və s. Lakin “qamçı və kökə” siyasəti də
ermənilərə təsir etmir. Ermənilər birbaşa Moskvaya təsir etməyi
bacarırlar. Belə görünür ki, rəhbərlik onların tələbinə uyğun qərar
qəbul edəcək”.
Məxfi məruzədə əlavə olunur ki, ermənilər 1915-ci il hadisələrini
yad etmək üçün aprelin 24-də (qondarma erməni soyqırımı-red) yürüş
keçirməyi planlaşdırır.
“Güman ki, Moskva onlara belə yürüş üçün icazə verəcək. Çalışacaq
ki, mülayim liderlərdən istifadə etsin, lakin bu, nisbi sabitliyi
poza bilər. Ciddi narahatlıq üçün əsas var”, - deyə Robert
Blekvellanın məxfi qriflə göndərdiyi məruzədə qeyd olunur.
Bu məruzədən də görünür ki, həmin vaxt SSRİ rəhbərliyindəki
ermənilər və ermənipərəstlər separatçıların qarşısından geri
çəkilərək, əslində müharibəyə və Azərbaycan torpaqlarının işğalına
səbəb olub.
Asif
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA