Ohanyandan TARİXİ ETİRAF: “Azərbaycan Qarabağda...”
Bizi izləyin

Nida Xəbər

Ohanyandan TARİXİ ETİRAF: “Azərbaycan Qarabağda...”

“Azərbaycan Qarabağda...”

Ermənistanda parlament seçkiləri öncəsi siyasi ehtiraslar qızışıb.

Publika.az
xəbər verir ki, hazırda müxalifətə keçən keçmiş müdafiə naziri Seyran Ohanyan iqtidarı sərt tənqid edən açıqlama yayıb.

“Facebook” sosial şəbəkəsindəki hesabından videomüraciət yayan Ohanyan Ermənistanın müharibədə məğlub olacağını bəyan edib.

“Əgər bu gün seçkilərdə qüsurlu sistemi dəyişdirməyi bacarmayacağıqsa, onda sabah ölkə “qanlı inqilab təhlükəsi” qarşısında qalacaq. Belə vəziyyət ölkənin xeyrinə deyil və bizim Qarabağ məsələsində məğlubiyyətimizlə nəticələnə bilər. Çünki bu sistemlə gələcəyə getmək inqilablar və sarsıntılar gətirəcək, ölkənin müdafiə qabiliyyəti yoxsa çıxacaq və biz istənilən müharibədə məğlub olacağıq. Bütün bunlar ilki növbədə Azərbaycana sərf edir, çünki belə vəziyyətdə o, Qarabağ məsələsində qalib olacaq. Buna görə də mən bu sistemin dəyişməsinə çağırış edirəm, seçki bizə bu imkanı verir”, - deyə o bildirib.

Qeyd edək ki, S.Ohanyan keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi seçki blokunda təmsil olunur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm