Gənclərdən İsa Qəmbərə sərt etiraz - AKSİYA - -FOTO
Bizi izləyin

Nida Xəbər

Gənclərdən İsa Qəmbərə sərt etiraz - AKSİYA - -FOTO

Gənclər Müsavata qarşı AKSİYA KEÇİRDİ

Bu gün Bakıda bir qrup gənc Müsavat Partiyasının qərargahı qarşısında etiraz aksiyası keçirib.

Publika.az-ın trend-əistinadən verdiyi məlumata görə, etirazçılar Müsavat Partiyası rəhbərliyinin apardığı qızışdırıcı siyasətə, ümummilli lider, ölkə haqqında səsləndirdiyi qeyri-etik fikirlərə etirazlarını bildiriblər.

Aksiyada “Natamam elmi işçi və uğursuz siyasətçi müasir gəncliyə hansı nümunə göstərə bilər?”, “İdarəçiliyinizi gördük, daha hərc-mərclik istəmirik!”, “Müsavat irsi ilə, M.Ə.Rəsulzadə adı ilə alver etmə! Sənə artıq heç kəs inanmır!”, “Sən nəinki ölkəni, heç kolxozu da idarə edə bilməzsən!”, “Kreslo hərisi, kabineti niyə tərk etmirsən?!”, "İsa Qəmbər, cavab ver! Torpaqları satan şərəfsiz! Bir il hakimiyyəti dövründə torpaqların 20 faizini satan alçaq", "Azərbaycan torpaqlarını işğal edənlərdən biri də İsa Qəmbərdir", "Hakimiyyətdə olduğun dövrdə 7 nəfəri güllələtdirən satqın!", "Çıx ölkədən, sənin Azərbaycanda yaşamağa haqqın yoxdur!", "Milli satqın!", "Çıx, Azərbaycan gəncliyinə cavab ver!", "Məhəmməd Əmin Rəsulzadə barədə danışmağa haqqın yoxdur!" kimi şüarlar səsləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm