TEAS-dan UNİKAL ADDIM: Almaniyada məcburi köçkünlərimizə həsr olunmuş FOTOSƏRGİ
Bizi izləyin

Nida Xəbər

TEAS-dan UNİKAL ADDIM: Almaniyada məcburi köçkünlərimizə həsr olunmuş FOTOSƏRGİ

TEAS-dan UNİKAL ADDIM

Almaniyanın Düsseldorf şəhərinin tarixi Rheinbahn deposunda məşhur almaniyalı fotoqraf Filip Ratmerin “Evə Aparan Beş Yol” (“Five Roads Back Home”) adlı fotosərgisinin açılışı olub.

Publika.az-a Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən xəbərə görə, sərgi Sərbəst Fotoqraflar və Film Dizaynerlərinin Peşəkar Təşkilatı (Berufsverband Freie Fotografen und Filmgestalter – BFF) tərəfindən, “Jump # 04: RAW – The Decisive Moment” sərgisinin bir hissəsi kimi təşkil edilib.

Filip Ratmer beynəlxalq moda, həyat tərzi və reklam sahəsində nüfuz qazanmış fotoqrafdır. O, Ledi Qaqa, Kristof Voltz, Culyetta Lyuis, Jogi Lou, Luçiano Pavarotti, Daniel Brül, Vanessa Me, Jay-Z, Mixael Şumaxer kimi məşhurların eksklüziv fotoşəkillərinin müəllifidir. Onun fotoşəkilləri xüsusi işıq effektləri və hər bir şəxsin mahiyyətini tuta bilmək bacarığına görə fərqlənir.

Onun fotoqrafiya sənətinə fərqli yanaşması Avropa Azərbaycan Cəmiyyəti ilə birgə təşkil edilmiş “Evə Aparan Beş Yol” layihəsi bir nümunədir. Bu seriyada məcburi köçkünlərin 50 fotosu təqdim olunur. Fotoşəkillərdə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün təsirli və emosional simaları qara fonda yaxın rakursdan çəkilib.

Bu fotoşəkillər münaqişənin qurbanı olmuş tərəflərdən birini göstərir – evlərini tərk etməyə vadar olan tərəfi. Onlar dünyanın bir çox müharibələrində məcburi köçkün olmuş bütün insanları təmsil edirlər. Onların hamısının bir istəyi var - işğal edilmiş rayonlara aparan beş yoldan birini seçmək istəyi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm