Nida Xəbər
Əli Həsənovdan məcburi köçkünlərlə bağlı tapşırıq
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun sədrliyi ilə Dövlətqaçqınkomun əməkdaşlarının iştirakı ilə geniş müşavirə keçirilib.
Dövlətqaçqınkomdan Publika.az-a verilən məlumata görə, müşavirədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanından və “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin hazırda icra vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Baş nazirin müavini bildirib ki, Prezidentin məcburi köçkünlərə bu cür yüksək diqqət və qayğısına cavab olaraq bu sahəyə nəzarət gücləndirilməli, mövcud qaydalara uyğun olaraq nəzərdə tutulan işlər yüksək səviyyədə icra edilməli, bu istiqamətdə heç bir neqativ hala yol verilməməsi üçün bütün imkanlar qarşıya qoyulan vəzifələrin icrasına yönəldilməlidir.
Eyni zamanda diqqətə çatdırılıb ki, məcburi köçkünlərin sıx məskunlaşma obyektlərində sayğacların quraşdırılması prosesi tezliklə təmin edilməlidir.
Müşavirədə göstəriş verilib ki, Komitənin bütün işçiləri tərtib edilmiş bölgü qrafikinə uyğun olaraq Bakı şəhərinin 11 rayonunda hər gün günün birinci yarısında sayğaclar qoyulan obyektlərdə yerli icra hakimiyyətləri və işğal olunmuş rayonların icra hakimiyyətlərinin işçiləri ilə birlikdə olmalı, izahat işləri aparmalı və məcburi köçkünlərin suallarına aydınlıq gətirilməlidir. Əli Həsənov həmçinin bildirib ki, mən və müavinlərim də həmin ərazilərdə olacayıq.
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və Bakının Xəzər rayonu ərazisindəki “Energetik” pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli, hər an uçma təhlükəsi olan binada məskunlaşan ailələrin köçürülməsi ilə bağlı məsələlərə toxunan Əli Həsənov deyib ki, artıq müvafiq layihələndirmə işlərinə başlanılıbdır.
Sonda Baş nazirin müavini Əli Həsənov bu Fərman və Sərəncamdan irəli gələn məsələlərin yüksək keyfiyyətlə icra edilməsi üçün aidiyyəti şöbələrə xüsusi müvafiq tapşırıqlar verib.
-
Hadisə11:34Biləsuvarda ölən 5 nəfərin adı məlum oldu - YENİLƏNİB
-
Səhiyyə11:24Alimlər siqaretlə bağlı məşhur mifi puç etdilər
-
ABŞ10:52Trampdan sonra prezident o olacaq - Hazırlıqlar gedir
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”


































.jpg)



