Nida Xəbər
Olland: “Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi məsuliyyət daşıyır”
“ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupunda həmsədr ölkə olan Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xüsusi məsuliyyət daşıyır”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland Fransadakı ermənilərin Əlaqələndirmə Şurasının illik şam yeməyində bildirib.
“Biz tələsirik. Doğurdan da ötən il aprelin 2-4-də baş verən dəhşətli hadisələrdən sonra problemin həlli ilə bağlı qərar qəbul edilməsi sahəsində tələsigənlik mövcuddur. Demək olar ki, hər gün Qarabağda ölüm hadisəsi qeydə alınır. Beləliklə, biz qarşıdurmanın qarşısını almaq üçün fəaliyyət göstərməliyik”, - deyə Fransua Olland vurğulayıb.
Fransa prezidenti deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə etmək üçün Ermənstan prezidenti Serj Sarkisyanı Parisə dəvət edib. O bildirib ki, Ermənistan rəhbəri martın 8-də Fransaya səfər edəcək.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi