Nida Xəbər
Qarabağın azad olunması üçün GÖZLƏNİLMƏZ SSENARİ
“Ermənistanın Rusiyadan narazılığı onun Avrasiya
İqtisadi ittifaqından çıxması ilə nəticələnə bilər. Təbii ki, bu
erməni ictimaiyyətinin əhval-ruhiyyəsində belə görünür. Ermənistan
hakimiyyətinin belə addım ata bilməsi isə mümkün
deyil”.
Publika.az xəbər verir ki, bu barədə ukraynalı
jurnalist-analitik Vladislav Kudrikin “apostrophe” saytında
yayımlanan məqaləsində deyilir.
Müəllif yazır ki, Ermənistan bir çox məsələyə görə Rusiyadan
narazıdır: “Bu ölkə Avrasiya iqtisadi İttifaqında təmsil olunsa da,
iqtisadi xeyir əldə edə bilmir”.
Ermənistanın maliyyə naziri Vardan Aramyan da ölkəsinin ittifaq
ölkələrindən aldığı məhsullardan narazıdır.
“Mən bilmirəm ki, üstünlüyü niyə Qazaxıstan məhsullarına
verməliyik. Biz Avropadan daha keyfiyyətli və ucuz məhsul ala
bilərik”, - o, bildirir.
Həmçinin, erməni nazir ittifaq daxilində bütün iştirakçıların
bərabər olmamasından şikayətlənir.
“Bu, Ermənistanın əslində Avropaya üz çevirmək istəyinin
işartılarıdır”, - deyə Vladislav Kudrik qeyd edir.
Ermənistan mediasında da Avrasiya İqtisadi İttifaqı və Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sərt şəkildə tənqid
olunur.
Lapşin və ermənilərin baş qaldırması
Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası isə
erməniləri sözün əsil mənasında, ruh düşkünlüyünə saldı. Lakin bu,
həm də Avrasiya İttifaqını və KTMT-ni hədəfə alanların
arqumentlərini gücləndirdi.
Hətta hakim Respublika partiyasının fraksiya rəhbəri Vaqram
Baqdasaryan Belarusun KTMT-dən çıxarılması məsələsini gündəmə
gətirdi.
Müxalifətdən olan deputat Nikol Paşinyan Belarus səfirliyinin
önündə etiraz aksiyası keçirmək təklifi ilə çıxış etdi. Həmçinin,
İrəvanın Belarusdakı səfirinin geri çağırılmasını tələb etdi.
“İrs” partiyasının deputatı David Sanasaryan isə bildirdi ki,
Belarusun bu addımı Azərbaycanın müttəfiqi olaraq qaldığını
göstərir: “Lakin Ermənistan bütün bunlara baxmayaraq, Avrasiya
İttifaqı və KTMT kimi çürümüş təşkilatlarda qalmaqda davam
edir.
Putinin ittifaqında böhran
Vladislav Kudrik yazır ki, baş verənlər böhran vəziyyətdə olan
Avrasiya İqtisadi İttifaqının dağılmasının sürətləndirir.
“Rusiyaya qarşı sanksiyalar, neft qiymətlərinin düşməsi və digər
iqtisadi problemlər ittifaqa ciddi təsir etdi. Lakin bütün bunların
üzərinə siyasi narazılıqları gələndə, artıq bu təşkilatın dağılma
prosesinin başlandığını hesab etmək olar”, - deyə o vurğulayıb.
Müəllif yazır ki, Ermənistan hakimiyyəti Rusiyadan ayrılmaq
istəməsə də, ictimai narazılıq ciddi nəticələrə səbəb ola
bilər.
Erməni ekspertlər də açıq şəkildə Rusiyanı tənqid edir.
“Aravot” nəşrinin rus versiyasının redaktoru Ruben Meqrabyan deyir
ki, Avrasiya İqtisadi İttifaqı Ermənistanın maraqlarını təmin
etmir. Onun sözlərinə görə, ittifaq əksinə, Ermənistan üçün ciddi
təhlükələr yaradır.
Politoloq Stepan Qriqoryan isə ittifaqın işləmədiyini, Ermənistana
ciddi iqtisadi itkilər gətirdiyini hesab edir.
R.Meqrabyanın fikrincə, iqtisadi itkilər son nəticədə hakimiyyətin
də üzünü Rusiyadan çevirməyinə səbəb ola bilər.
Sarkisyan dilemma qarşısında
Vladislav Kudrik yazır ki, baş verənlər Ermənistan hakimiyyətini
dilemma qarşısında qoyub.
“2015-ci ildə Ermənistanda Rusiya əleyhinə “elektromaydan” baş
tutdu. Rusiya mediası bunu “rəngli inqilab” cəhdi olaraq şərh etdi.
Ermənistan hakimiyyəti çətin vəziyyətdədir. Çünki onlar Rusiyadan
üz çevirəndə də, yaxud əhalinin istəyinin əksinə olaraq, Rusiyaya
inteqrasiyasını davam etdirəndə də hakimiyyəti itirmək təhlükəsi
ilə üz-üzə qalırlar”, - deyə müəllif yazır.
Rusiyalı ekspert Vadim Dubnov hesab edir ki, Ermənistanın Rusiyadan
kənar hərəkət etməsi ona baha başa gələ bilər: “Bunu bir çox erməni
də başa düşür. Hər şeydən öncə Rusiya ermənilər üçün işləmək və pul
qazanmaq yeridir. Onların əksəriyyəti ailələrini məhz Rusiyada
qazandıqları pulla dolandırırlar”.
Dubnov qeyd edir ki, Ermənistan hakimiyyətinin yanlış addımı
Rusiyanın Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verməsini
şərtləndirəcək.
Ya Sarkisyan devriləcək, ya da...
Erməni ekspertlər də Sarkisyan hakimiyyətinin Kremldən kənar
hərəkət edə bilmədiyini, bir sözlə azad olmadığını deyiblər.
S.Qriqoryan deyir ki, Ermənistanda bank sektorunun, energetikanın,
ümumilikdə iqtisadiyyatın 80 faizi Rusiyanın əlindədir.
“Ermənistan sərbəst hərəkət etməyə qərar verəcəksə, Rusiya Dağlıq
Qarabağ münaqişəsini Azərbaycanın maraqları çərçivəsində həllinə
strat verəcək”, - deyə o bildirib.
Lakin erməni politoloq ölkə daxilindəki vəziyyətin partlayış
həddində olduğuna da diqqət çəkib: “Hakimiyyət Rusiyanın istəyinə
uyğun hərəkət etməyə davam etdikcə, ölkə daxilində siyasi partlayış
vəziyyəti yetişir. Xüsusilə vətəndaş cəmiyyətinin fəallığı
yüksəkdir. Bu baxımdan, Ermənistanda inqilabın baş verməsi
gözlənilir”.
Erməni politoloq hər iki halda Rusiyanın Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı Azərbaycanın mövqeyindən çıxış edəcəyini hesab edir.
“Əgər hakimiyyət siyasi partlayışın baş verməməsi üçün sərbəst
addımlar atarsa, Moskva dərhal Qarabağ kartından istifadə edəcək.
Yaxud bunun əksi baş verərsə, siyasi inqilab nəticəsində
Rusiyameyili hakimiyyət devrilərsə, yenə eyni nəticələr olacaq”, -
deyə o bildirib.
Asif
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq