Nida Xəbər
“Hərbi vəziyyət haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olundu
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyət haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Publika.az xəbər verir ki, hazırda qüvvədə olan qanun 1994-cü ildə qəbul edilib və 17 maddədən ibarətdir. Hazırda təqdim olunan qanun layihəsi isə 5 fəsil, 27 maddədən ibarətdir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qanun layihəsi haqqında məlumat verib.
Onun sözlərinə görə, layihə Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq hazırlanıb.
Belə ki, Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.
Həmçinin layihədə hərbi vəziyyətin elan oluması haqqında Prezidentin fərmanının təsdiq edilməsi, səfərbərlik elan olunması məsələləri öz əksini tapıb.
Layihənin 3-cü maddəsində isə hərbi vəziyyətin elan olunmasının səbəbləri açıqlanıb.
Layihənin birinci fəslindəki 6-cı maddə də olduqca vacibdir.
“Hərbi vəziyyətin elan olunması haqqında” fərman iki halda Milli Məclisdə təsdiq oluna bilər. Hərbi vəziyyətin elan edilməsindən sonra fərmanın 24 saat müddətində Milli Məclisə təqdim edilməsi və sessiyanın olub-olmamasından asılı olmayaraq, 48 saat müddətində buna baxılaraq qərar qəbul edilməsi göstərilib.
Daha sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Vasif Həsənli
-
Avropa02:19Almaniyada Milad bazarı açılmayacaq - Terror təhlükəsi var
-
Qoroskop01:40Günün ulduz falı: Yeni tanışlıqlar üçün uyğun vaxtdır
-
Sosial12 Noyabr 23:55Adnan Əhmədzadənin həyat yoldaşı Azərbaycanı TƏRK ETDİ
-
Region12 Noyabr 22:58Qəzaya uğrayan hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirildi
-
Magazin212 Noyabr 20:48Muazzez Abacı doğum günündə VƏFAT ETDİ
-
Hadisə12 Noyabr 19:30Şəmkirdə də yanacaqdoldurma məntəqəsində yanğın baş verdi - Video
-
Nəqliyyat12 Noyabr 18:30Bakıda axşam tıxacı: Bu yollar keçilməz oldu
-
Ekologiya12 Noyabr 18:20Baş nazir qərar imzaladı: 2035-ci ilə qədər...







.jpg)

.png)






.jpg)

.jpg)



.png)










.jpg)

.jpg)

