"Azərbaycanın işğal olunmuş ərazilərində "referendum"u heç kim legitim hesab edə bilməz"
Bizi izləyin

Nida Xəbər

"Azərbaycanın işğal olunmuş ərazilərində "referendum"u heç kim legitim hesab edə bilməz"

Tarixi faktların saxtalaşdırılması yeni həqiqəti yaratmayacaq və Dağlıq Qarabaq münaqişəsini həll etməyəcək.

Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı seçkinin və ya referendumun keçirilməsini heç kim legitim hesab edə bilməz.

Bu sözləri Trend-ə Fransa Senatının xarici işlər komitəsinin sədr müavini Natali Qule deyib.

Fevralın 20-nə təyin olunmuş qondarma dövlətin “konstitusiyasında dəyişikliklərlə bağlı referendum”u şərh edən senator deyib ki, tarixi faktların saxtalaşdırılması yeni həqiqəti yaratmayacaq və Dağlıq Qarabaq münaqişəsini həll etməyəcək.

N.Qule onu da əlavə edib ki, “Dağlıq Qarabağ Respublikası” mövcud deyil və hətta Ermənistan da Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin müstəqilliyini tanımır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm