Birinci vitse-spiker: “Prezidentin penitensiar sistemlə bağlı sərəncamı inqilabi addımdır”
Bizi izləyin

Nida Xəbər

Birinci vitse-spiker: “Prezidentin penitensiar sistemlə bağlı sərəncamı inqilabi addımdır”

“Prezident İlham Əliyevin penitensiar sistemlə bağlı sərəncam imzalaması sözün həqiqi mənasında inqilabi addımdır”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, bu sərəncamdan sonra Cinayət Məcəlləsində azadlıqdan məhrumetməyə alternativ olan cəza növlərinin sayı artacaq:

“Bundan sonra çox sayda insan azadlıqdan məhrum edilmədən, cəzaları digər yüngül cəzalarla əvəz olunacaq. Sərəncamla cəza növü kimi ictimai işlərə cəlbetmə, cərimə və digər yüngül cəzalara üstünlük verilib. Bu isə Azərbaycanın apardığı humanist siyasətə cəza siyasətinin uyğunlaşdırılmasıdır. Yəni, cəza siyasəti dövlət siyasətinə uyğunlaşdırılır”.

O, yeni sistemlə bağlı bir sıra strukturların yaradılacağını söyləyib:

“"Probasiya" sözünün mənası "sınaq" deməkdir. Bu əsasən ingilis-sakson hüquq sisteminə daxil olan ölkələrdə tətbiq olunur. Burada söhbət ondan gedir ki, şəxs hər hansı bir cinayət edirsə, onun cinayətinin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə, müəyyən olunacaq ki, ona azadlıqdan məhrum etmə cəzası vermək olar, yoxsa başqa cəza növü ilə əvəz etmək lazımdı. Yəni, başqa cəzanı verəndə müddət qoyulacaq. Misal üçün, ABŞ-da 5 ilə, digər ölkələrdə 3 ilə qədərdir. Yəni, bu probasiya dövründə məhkumun özünün necə aparmasına baxılacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm