• USD 1,7000 0,00% EUR 1,8906 -0,29%
    • GBP 2,1860 -0,96% RUB 0,0267 0,00%

Xocalı soyqırımı haqqında 7 dildə kitab işıq üzü görüb

Xocalı soyqırımı haqqında 7 dildə kitab işıq üzü görüb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Xocalı Soyqırımı” adlı kitab orijinal dizayn və nəfis tərtibatla Azərbaycan, ingilis, rus, fransız, alman, ispan və ərəb dillərində çap edilib.

Komitədən verilən məlumata görə, kitabdakı bölmələrdə Azərbaycan ərazilərinin işğal tarixi, Ermənistanın təcavüzünün nəticələri barədə məlumat, xəritə, işğal nəticəsində dağıdılmış obyektlər və dəymiş ziyan haqqında müfəssəl məlumatlar verilib.

Kitabın əsas bölümündə Xocalı rayonunun tarixi və işğaldan əvvəlki dövrü, ermənilər tərəfindən Xocalıda törədilmiş vəhşiliklər, soyqırım zamanı həlak olanlar, itkin düşənlər, əsir və girov götürülənlər haqqında ətraflı məlumat daxil edilib.

Bundan başqa kitabda həmin günlərdə Xocalı soyqırımına dair dünya mətbuatında dərc olunan yazılar və xarici jurnalistlərin faciə haqqında fikirləri də yer alıb.

Kitabda həmçinin Heydər Əliyev Fondunun və “Xocalıya ədalət” kampaniyasının Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması ilə bağlı fəaliyyəti, bununla bağlı dünyanın bir sıra ölkələrində soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidələr haqqında da məlumat verilir.

İki min nüsxə tirajla buraxılmış kitab Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə ölkəmizdə və xaricdə müntəzəm olaraq təşkil edilən beynəlxalq tədbirlərdə, həmçinin ölkəmizdə səfərdə olan xarici ölkələrdən olan nümayəndə heyətləri ilə keçirilən görüşlər zamanı paylanılacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR