Nida Xəbər
Azər Süleymanov Gürcüstanı Xocalı soyqırımını tanımağa çağırdı – VİDEO
Gürcüstan parlamentinin azərbaycanlı üzvü Azər
Süleymanov bu gün qanunverici orqanın iclasında Xocalı soyqırımı
haqqında çıxış edib.
Publika.az xəbər verir ki, azərbaycanlı deputat XX
əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı və onun başvermə
səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş
genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verib.
Bildirilib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı
birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının
hərbçiləri ilə birlikdə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq
Qarabağın Xocalı şəhərini yerlə-yeksan edib, dinc sakinləri məhv
edərək insanlığa silinməz ləkə olan soyqırımı aktını törədiblər.
Bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı qəddarcasına,
dözülməz işgəncə verilməklə öldürülüb, 487 nəfərə ağır xəsarətlər
yetirilib, 1275 sakin isə girov götürülərək ağlasığmaz zülmə,
təhqirlərə məruz qalıb.
Azər Süleymanov sonra bildirib ki, gürcü və azərbaycan xalqları
dost və qardaşdılar. Xalqlarımız həmişə bir-birini dəstəkləyib:
“Azərbaycan və Gürcüstan dost və qonşu ölkələrdir. Tarix boyu
bir-birimizin yanında olmuşuq. Bilirsiniz ki, illər öncə
Gürcüstanın müstəqilliyi uğrunda gənc gürcü yunkerlər canlarından
keçiblər. Xocalı faciəsi də azərbaycanlılar üçün eyni mahiyyət
daşıyır. Hazırda onlarla ölkənin parlamenti Xocalı soyqırımına
lazımı qiymət verib. Bu amillərdən çıxış edərək təmsil olunduğum
Gürcüstan parlamentində də bu ağırılı hadisələrə lazımı qiymət
verilməsinə çağırıram”.
Asif
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi