ATƏT sədri: "Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə olunması üçün bütün səyləri dəstəkləyəcəyik”
Bizi izləyin

Nida Xəbər

ATƏT sədri: "Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə olunması üçün bütün səyləri dəstəkləyəcəyik”

Hara baxırsan, sülh və təhlükəsizliyə qarşı ağır təhdidləri görürsən.

“Avstriya Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, digər münaqişələrdə irəliləyiş əldə olunması üçün bütün səyləri dəstəkləyəcək”.

APA-nın BMT-nın saytına istinadən verdiyi məlumata görə, bu barədə Avstriyanın xarici işlər naziri, ATƏT-nın hazırkı sədri Sebastyan KurtsBMT TŞ-da çıxışında deyib.

“Avstriya Dnestryanı, Gürcüstanda və Dağlıq Qarabağdakı münaqişələrdə irəliləyişin əldə olunması istiqamətində bütün səyləri dəstəkləyəcək. Avstriya ATƏT-də sədrliyə çox çətin məqamda başlayıb. Hara baxırsan, sülh və təhlükəsizliyə qarşı ağır təhdidləri görürsən” – deyə, o, əlavə edib.

S. Kurtsun sözlərinə görə, ATƏT-ə sədrlik etdiyi dövrdə Avstriya mövcud münaqişələrdə gərginliyi azaltmağa, ATƏT üzv ölkələri arasında qarşılıqlı yardım və etimadı bərpa etməyə, radikalizm və qatı ekstremizmlə mübarizədə dövlətlərin səylərini dəstəkləmək üçün platforma yaratmaq üçün yollar axtaracaq: “Çoxtərəfli əməkdaşlıq sülh, təhlükəsizlik və sabitliyə nail olmaq üçün yeganə çıxış yoludur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm