• USD 1,7000 0,00% EUR 1,8964 -0,03%
    • GBP 2,1611 -0,08% RUB 0,0264 0,00%

Qafqazşünaslıq İnstitutunda Xocalı tədbiri

Qafqazşünaslıq İnstitutunda Xocalı tədbiri

AMEA-nın Qafqazşünaslıq İnstitutunda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "Bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət: Ermənistanın Xocalıda törətdiyi soyqırımı" mövzusunda elmi seminar keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə institutun direktoru, professor, millət vəkili Musa Qasımlı Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. O, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiyini, Xocalı soyqırımının XX əsrin sonlarında yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi tarixə düşdüyünü bildirib.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib, sənəddə hadisənin başvermə səbəbləri təfsilatı ilə açıqlanıb. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifə kimi qarşıya qoyulub.

M.Qasımlı qeyd edib ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət!” adı altında genişmiqyaslı beynəlxalq informasiya kampaniyası aparılır.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini Rahil Nəcəfov, Qafqaz siyasəti şöbəsinin müdiri Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsini müdiri Ziyad Əmrahov, Şimali Qafqaz şöbəsinin müdiri Vasif Qafarov, Gürcüstanşünaslıq şöbəsinin müdiri Vahid Ömərov, Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva və digərləri Xocalıda törədilən soyqırımın ağır nəticələri barədə danışıblar.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR