Nida Xəbər
Qarabağdakı döyüşlərin 4 SƏBƏBİ: Putinin adamı BÜTÜN SİRLƏRİ AÇDI
“Dağlıq Qarabağda gərginliyə səbəb olan hücumu
Ermənistan tərəfi etdi. Biz mənzərəni tam aydınlaşdıra bilməsək də,
erməni hərbi nümayəndələrinin bəyanatları hücumun onlar tərəfindən
edildiyini göstərdi”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin
səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü, politoloq Sergey
Markov deyib.
S.Markov Ermənistanın hücuma keçməsinin 4 səbəbini və əsas planını
açıqlayıb.
Onun sözlərinə görə, İrəvan “aprel müharibəsi”ndə azad olunmuş
əraziləri qaytarmağa çalışır: “Birinci hədəf müdafiə xəttinin
birliyini gücləndirmək, ikinci hədəf isə Ermənistan prezidentinin
son zamanlar düşən nüfuzunu artırmaqdır. Sarkisyan “kiçik
qalibiyyətlə” buna nail olmaq istəyir. Bundan başqa, müharibə
İrəvana münaqişə tərəflərinə təklif edilmiş həll düsturundan
yayınmağa imkan verir”.
S.Markov əlavə edib ki, təklif edilən həll düsturunda Qarabağ
ətrafındakı ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulur:
“Aydındır ki, müharibə İrəvana “müharibə gedirsə, biz necə mübadilə
aparaq?!” deməyə imkan yaradır”.
Kremlə yaxın politoloq 25 fevral hücumunun daha bir səbəbinin
olduğunu vurğulayıb.
“Uzun müddət Ermənistan ordusunun Azərbaycan Ordusundan güclü
olduğu haqda danışılırdı. Lakin “aprel müharibəsi” bunun belə
olmadığını göstərdi. Hesab edirəm ki, erməni ordusunun döyüş
ruhunun qaldırılması, erməni xalqında orduya inamın artırılması bu
hücumun əsas səbəblərindən biridir”, - deyə o bildirib.
Asif
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"