Nida Xəbər
İƏT-in baş katibi: "Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir"
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə çağırıb.
Publika.az xəbər verir ki, baş katib İƏT-in Ciddədəki baş qərargahında Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbirdə çıxış edərək, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməyə çağırıb.
Əl-Useymin eyni zamanda, Ermənistanı dərhal işğal olunmuş Azərbaycan torpaqlarını azad etməyə çağırıb.
"Xocalı soyqırımı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının nəticəsidir", - baş katib deyib.
Baş katib İƏT ölkələrini, Ermənistanın Azərbaycan torpaqlarınının işğalına son qoyması üçün Ermənistana təzyiq göstərməyə çağırıb.
İƏT-in Azərbaycandakı daimi nümayəndəsi Rasim Rzayev deyib ki, Dağlıq Qarabağ münaqişəsi tək Azərbaycanın problemi deyil, bu, bütün İslam dünyasının problemidir.
"Bu, insanlığa qarşı cinayəti planlaşdıranlar və törədənlər hələ də qanun qarşısında cavab verməyib", - Rzayev deyib. (Trend)
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO