Nida Xəbər
Mövqelərimiz minaatanlardan atəşə tutuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (3 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Barekamavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Kəmərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
-
Cənubi Qafqaz11:25
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi
-
Nida Xəbər 11:10
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Nida Xəbər 10:50
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
-
İqtisadi gündəm10:26
Rubl və avro ucuzlaşaraq görün neçəyə oldu
-
Hadisə09:50
Bakının mərkəzində sürət yarışı: 10-a yaxın maşın əzildi - Video
-
Sosial09:14
Keçmiş daxili işlər naziri saxlanıldı
-
Sosial08:37
Dələduzlar yeni yola əl atdılar: “Cərimən varsa...” - VİDEO
-
Nəqliyyat08:30
Bakıda sıxlıq olan yollar - SİYAHI