Nida Xəbər
Ümumrusiya Azərbaycan Konqresinin bağlanması ilə bağlı Rusiyaya müraciət ediləcək
Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb.
Publika.az xəbər verir ki, iclasın gündəliyinə 40 məsələ daxildir.
İclasda ilk çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılmasına dair yayılmış məlumatlarla bağlı narahatlığını ifadə edib.
S.Novruzov deyib ki, bu məsələ son günlər Azərbaycan xalqını da ciddi narahat edir:
“Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv olunması ilə hansısa qüvvələr Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməyə çalışır. Bizim dövlətlərimiz hər zaman bir-biri ilə müttəfiq və strateji tərəfdaş olub. Azərbaycanda 300-dən çox rusdilli məktəblər fəaliyyət göstərir. Azərbaycan hər zaman strateji müttəfiqlik münasibətlərinə sadiq olub. Hesab edirəm ki, bu cür məsələlərin son günlər ortaya atılması vətəndaşlarımızı narazılığına səbəb olub”.
Komitə sədri qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri hər zaman yüksələn xətlə inkişaf edir:
“Azərbaycan təkcə Rusiya deyil, İran, Türkiyə və digər dövlətlərlə də yaxşı münasibətlər qurub. Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına görə də Azərbaycan Prezidentinə təşəkkür edib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan-Rusiya münasibətləri sarsılmazdır. İmkan verməmliyik ki, bizim münasibətlərə xələl gətirmək istəyən qüvvələr öz istəklərinə nail olsun”.
Milli Məclisin deputatları - Zahid Oruc, Elmira Axundova və Mixail Zabelin də Siyavuş Novruzovun fikirlərini dəstəklədiklərini bildiriblər.
"Aprelin 11-də Rusiya İnzibati Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinin dayandırılması ilə bağlı Ədliyyə Nazirliyinin müraciətinə baxacaq".
Bu sözləri isə rus əsilli deputat M.Zabelin bildirib.
O, Rusiya Ədliyyə Nazirliyinin sözügedən müraciətinin öz təsdiqini tapmayacağına inanmadığını söyləyib:
“Biz bu məsələ ilə bağlı Rusiyadakı həmkarlarımızla danışmışıq. Onlara izah etmişik ki, Azərbaycana Rus icmasına qarşı çox yüksək münasibət mövcuddur. Azərbaycanda 16 minə qədər rusdilli məzun var, 300-dək rusdilli məktəb fəaliyyət göstərir. Eyni zamanda müraciətimiz mətbuatda da dərc olunub. İnanıram ki, bizim səylərimiz müsbət nəticəsini verəcək”.
Millət vəkili Azay Quliyev isə bildirib ki, bununla bağlı Rusiya Prezidenti yanında İctimai Palataya müraciət olunacaq. Müraciət Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası tərəfindən ünvanlanacaq:
“Qanunvericiliyə görə, Rusiya Prezidenti yanında İctimai Palata ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinə yardım edir. Bu təşkilatda yuxarı şəxslər təmsil olunur. Hesab edirəm ki, həmin şəxslər nüfuzundan istifadə edib məsələnin ədalətli həllinə təsir göstərəcək”.
Hazırda iclas çıxışlarla davam edir.
Vasif Həsənli
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial3 Oktyabr 16:16
Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə3 Oktyabr 15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO
-
Rəsmi xronika3 Oktyabr 15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ