Nida Xəbər
Moskvada Xəzərin statusu ilə bağlı Rusiya-Azərbaycan məsləhətləşmələri keçirildi
Rusiyanın paytaxtı Moskva şəhərində Xəzərin statusu ilə bağlı Rusiya-Azərbaycan məsləhətləşmələri keçirilib.
"Report"un məlumatına görə, bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə Səfiri İqor Bratçikov Xəzəryanı ölkələrin XİN başçılarının qarşıdakı görüşünə hazırlıq məsələlərini müzakirə ediblər. Məsləhətləşmələr "2017-2018-ci illərdə Rusiya və Azərbaycanın Xarici İşlər Nazirlikləri arasında Tədbirlər Planı"na dair keçirilib.
Azərbaycanın xarici İşlər nazirinin müavini Xələf Xələfov və Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov bildiriblər ki, belə ikitərəfli məsləhətləşmələrin formatı Xəzərin statusu ilə bağlı aktual məsələlərin həllinə kömək edir və tərəflərin mövqelərini yaxınlaşdırır.
Diplomatlar bildiriblər ki, Xəzəryanı ölkələr arasında imzalanacaq konvensiya bütün ölkələrin suveren hüquqlarını və maraqlarını nəzərə almalıdır.
Görüşün əsas müzakirə mövzusu Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Rusiya, İran, Qazaxıstan, Türkmənistan və Azərbaycan prezidentlərinin görüşünə hazırlığı olub.
Tərəflər həmçinin yanvarda Bakıda Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun (xarici işlər nazirlərinin müavinləri səviyyəsində) toplantısının yekunlarını müzakirə ediblər.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi