Nida Xəbər
Aprel döyüşləri ilə bağlı ŞOK FAKT - Sən demə, ermənilər Mingəçeviri...
Müdafiə sənayesi naziri Yavər Camalov Nazirlər Kabinetinin iclasında aprel döyüşlərində ermənilərin əsas hədəfləri barəsində danışıb. Nazir qeyd edib ki, əslində, aprel müharibəsi onlarla tankdan ibarət erməni qoşun birləşmələrinin hücum edərək Yevlax - Mingəçevir istiqamətinə çıxmaq istəyi ilə başladı.
Azərbaycan peyk nəzarəti vasitəsi ilə bunu müəyyən etdi və erməni mətbuatının “kamikadze” adlandırdığı pilotsuz uçuş aparatları ilə düşmən hərbi dəstəsini məhv etdi. Nəticədə, 15-dən artıq erməni tankı yararsız hala düşdü.
Bununla bağlı açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirdi ki, ermənilərin əlində olan peyk uçuş aparatlarının həmin məsafəni qət edərək Mingəçevirə gəlməsi inandırıcı deyil:
“Qarabağın şimal hissəsi olan Gəncə, Mingəçevir və Yevlax Azərbaycanın əsas mövqelərdir. Düşmən istəyər ki, döyüşdüyü ölkənin iri iqtisadi və hərbi əhəmiyyət kəsb edən şəhərlərini məhv etsin. Amma inanmıram ki, ermənilər aprel döyüşlərində həmin şəhərlərə hər hansı bir raket zərbəsi endirmək niyyətində olublar. Çünki ordumuzun buna cavabı çox ağır və dağıdıcı ola bilərdi". (metbuat.az)
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı